Dədəli körpüsü

Dədəli körpüsüŞərur rayonu ərazisində, Arpaçay üzərində bir tağlı körpü.

Ümumi uzunluğu 30 m, eni 4 m, mərkəzdə suyun səthindən hündürlüyü 12 m-dir. Körpünün sol tərəfinin özülü sahildəki sal daşın üstündə, sol tərəfinin özülü isə 2 m dərinlikdə qoyulmuşdur. Kənardan baxanda körpüdə monumentallıq hiss olunur. Orta əsr körpülərinin memarlıq üslubunda inşa olunmuş körpünün XIII əsrdə tikildiyi ehtimal edilir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 76.