Dəfn (Mikelancelo)

Dəfn İtalyan İntibah dövrünün ən görkəmli nümayəndələrindən biri olan Mikelancelo Buonarrotiyə aid olan və təxminən 1500-1501 illərə aid Məsihin dəfn mərasiminin yarımçıq qalmış rəsm əsəridir. Tablo hal-hazırda London Milli Qalereyasında saxlanılır.

Dəfn
Deposizione di Cristo nel sepolcro
Rəssam Mikelancelo
Tarixi 1500-1501
Üslubu dini incəsənət[d]
Texnikası panel üzərində tempera
Ölçüləri 162 × 150
Materialı ağac
Saxlanıldığı yer London Milli Qalereyası
Saytı nationalgallery.org.uk/p…
İnventar nömrəsi NG790[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1981-ci ildə aşkar edilmiş sənədlərə görə Mikelanceloya Romadakı SantAgostino kilsəsinin panel rəsmini çəkmək tapşırıldı, lakin rəssam sonda aldığı bütün əmək haqqını geri qaytarmışdır.[2] Dəqiq olmasa da görülən iş, ehtimal ki, dəfn idi və Mikelancelonun Florensiyaya qayıtması ilə yarımçıq qalmışdır. Panelin ortasında İsa qəbirə tərəf hərəkət edir. İsanın arxasında saqqalı qoca öz məzarını İsaya verən Aramatyalı Yusifdir. Sol tərəfdəki uzun narıncı paltar geyən adam ehtimal ki, Həvari Yuhənnadır, onun yanında diz çökən isə Mariya Maqdalenadır. Sağdakı iki nəfər isə qeyri-məlumdur. Digər hazır olmayan fiqur isə ehtimal olunur ki, Məryəmdir.

  1. http://www.nationalgallery.org.uk/paintings/michelangelo-the-entombment.
  2. "La tela incompiuta di Michelangelo" (it. ). 19 may 2020 tarixində arxivləşdirilib.