Dəli Alı (tam adı: Dəli Alı Məhərrəm oğlu, 1857, Annenfeld – 1917) — Azərbaycanın xalq qəhrəmanı.
Dəli Alı | |
---|---|
Alı Məhərrəm oğlu Alıyev | |
Doğum tarixi | 1857 |
Doğum yeri | |
Vəfat tarixi | 1917 |
Milliyyəti | Azərbaycanlı |
Dəli Alı Məhərrəm oğlu 1857-ci ildə Şəmkirin Keçili kəndində anadan olub. Həyatının gənc çağlarından çobanlıq etməyə başlayıb. Alı və qardaşı Aslan Qovlarasarı kəndində çobanlıq edirdi. Çar məmuru Alının atası Məhərrəm kişini vergi ödəmədiyinə görə qətlə yetirir və bu səbəbdən Alı məmurdan atasının qisasını alır. Ondan sonra Alıgilin Keçilidə yaşamı çətinləşir və onlar Goranboyun Qarasuçu kəndinə köçürlər. Goranboyda yaşadıqları zaman Gəncənin Bağmanlar qəsəbəsindən olan İbrahim adlı bir nəfərin sürülərini otarırdılar. Yay qabağı Göyçənin Canəhmədli yaylağına heyvanları aparardılar. Göyçəyə gedəndə erməni pristavı onların qarşısını kəsir və atışma başlayır. Nəticədə Alı pristavı öldürür. Gülləsi bitəndən sonra həbs edilir və Kəvər qalasına salınır. Dostu İsanın köməkliyi ilə qaladan qaça bilir. Bu zamandan etibarən Dəli Alının qaçaqlıq həyatı başlayır və ermənilərə münasibətidə elə o vaxtlardan dəyişir.1898-ci ildə artıq 3 il idiki ermənilər Daşnaktsütyun partiyasını təsis etmişdilər. Səlim Rəfiq Rəfioğlu Nağı bəy Şeyxzamanlının dediklərinə əsasən Azərbaycan Yurd bilgisinin 1933-cü il 23-cü sayında qeyd edirdi ki, Dəli Alı yüksək boylu, enlikürək, kəskin baxışlı və çox yaraşıqlı bir gənc idi.
Dəli Alı Gəncəbasarda ən məşhur qaçaq olub, bəylər, varlı tacirlər, hörmət sahibi insanlar onunla əlaqədə idilər. Dəli Alı Çar Rusiyasının əsgərlərinin öldürülməsindən, Çar Rusiyasının məğlub olmasından sevinirdi. Alı rus müharibəsiylə çox maraqlandığından, gündəlik qəzetləri təqib və tərcümə etdirirdi.
Dəli Alının əsas fəaliyyəti 1905–1906-cı illəri təşkil edir. 1905-ci ildə ermənilərin fəallaşması, müsəlmanlara qarşı, türklərə qarşı haqsızlıqları Qafqaziyyə Qartalı Dəli Alını hərəkətə keçməyə vadar etmişdi. Dəli Alı kəndlərdən yığılmış 2 minə yaxın gənclə Gəncə şəhərinə daxil olur, şəhərin öndə gedənləri ilə görüşür və nəticə qərar qəbul olunur ki, qaranlq düşən kimi erməni tərəfinə dağlıq səmtindən hücüm ediləcək, hər tərəf atəşə tutulacaq. Minə yaxın şəhər gənci də onlarla birləşərək axşam saat 7-də hücuma başlayırlAR. Dəli Alı və onun dəstəsi bu zaman Gəncədə müsəlmanlara kömək edə biləcək yeganə qüvvə idi. Dəli Alının hərəkətindən rusun məhsul idarəçi şəxsləri və erməni əhalisi qorxuya düşür və onlar müsəlmanlarla danışıqlara başlayırlar. General qubernator 10 müsəlman, 10 erməni olmaq şərti ilə sülh barışığı yaradır. Dəli Alı bir gün şəhərdə qaldıqdan sonra xalqın alqışları ilə şəhəri tərk edir. Bu əməl müsəlmanların, türklərin, Gəncə və gəncəbasarlıların yaddaşına yazılır, Dəli Alının qəhrəmanlığı ilə qürur duyurlar. Gəncədə tanınmış, Çar Rusiyasında məşhur zərgər olan Zərgər Ağamirzə ona düzəltdiyi, üstündə "Alımərdi-mərdana, budur girdi meydana" sözləri yazılmış qızıl xəncər bağışlayır.
1907-ci ildə Dəli Alı Kərbəla ziyarətində olmuş, oradan qayıtdıqdan sonra Şimali Qafqaza göndərilən xristian osetin alayı tərəfindən mühasirə edilmiş, iki düşmən arasında cərəyan edən şiddətli çarpışma bu dəfə də Alının müvəffəqiyyəti ilə nəticələnmişdir. Dəli Alının günü-gündən Çar əsgərləri üzərində qazandığı qələbələr onun nüfuzunu xalq arasında böyüdürdü.
Çar rejimi Dəli Alıya qarşı tam mübarizə apara bilmirdi, bu səbəbdən Rus hökuməti onu bağışlamaq qərarı verir. Silah daşımaq qəti yasaq olmasına baxmayaraq ona silahla dolaşmağa icazə verilmişdir. Bundan sonra, 50–60-dan artıq rus məmuru öldürən Alı çarlığın 300 illiyi münasibətilə keçirilən mərasimdə iştirak üçün qonaq qismində dəvət edilmiş və Petroqradda Qolitsın tərəfindən çara təqdim edilmişdir.
Dəli Alı Romanovların 300 illiyində iştirak edib və çar Nikolayla görüşüb. Səlim Rəfioğlunun Dəli Alı ilə bağlı məqaləsində qeyd edilir ki, Petroqradda Qolitsın tərəfindən çara təqdim edilməsi, onunla görüşməsi öz təsdiqini tapır. O dövrün Gəncədə yaşamış və sonradan Türkiyədə köçmüş siyasi mühacirlər bu hadisədən xəbərdar idilər və məqalələrində, xatirə yazılarında bu görüşü qeyd edirlər. Səlim Rəfiq Rəfioğlunun atası Məşədi Əli Rəfiyev, babası Hacı Məhəmmədhüseyin Rəfiyev, əmisi Musa Rəfiyev, Türkiyədə onlarla birlikdə siyasi mühacir həyatı yaşayan Azərbaycan Cümhuriyyəti liderləri Nağı bəy Şeyxzamanlı, Xəlil bəy Xasməmmədov və s. kimi o dövrün şahidləri bu hadisədən xəbərdar idilər və ona görə də eşitdikləri əsasında Səlim Rəfiq Rəfioğlu öz məqaləsində bu möhtəşəm hadisəni qeyd edib.[1]
Dəli Alı 1917-ci ildə öz nökəri tərəfindən öldürülüb. Qəsdin səbəbləri tam aydın olmasa da, görünür qatil kiminsə sifarişini yerinə yetirib. Kərbəlayi Alı Məhəmməd oğlunun məzarı müqəddəs məkan sayılan "İmamzadə" məqbərəsi ətrafındakı qəbiristanlıqdadır.[1]