Dəlidağ-Ağçay təzahürü — Dəlidağ zirvəsinin cənub-qərb suayrıcında, Ağçayın mənbəyində yerləşir.
Filiz təzahürünün sahəsi 0,5–0,6 km2.–dir. Bu sahə eosen yaşlı vulkanogen, vulkanogen çökmə süxurlardan ibarət olub, burada Dəlidağ massivinin intruziv fasiyaları yayılıb. Burada 25-ə yaxın kvars-sulfid damarları və hidrotermal dəyişilmiş zonalar aşkar olunub. Zonaların qalınlığı 0,5 m.-dən 2– 3 m.-ə qədərdir. Zonalar kvars damarı və intensiv serisitləşmə, kaolinləşmə və piritləşmə ilə müşayiət olunur.[1]