Dəlmə qalası

Dəlmə qalasıNaxçıvan Muxtar Respublikasının Ordubad rayonunda Sabirkəndin yaxınlığında, Dəlmə nekropolundan 700-750 metr qərbdə, dağın zirvəsində arxeoloji abidə.

Dəlmə qalası
Ölkə  Azərbaycan
Şəhər Naxçıvan
Yerləşir Ordubad rayonunda Sabirkənd
Üslubu Naxçıvan memarlıq məktəbi
Vəziyyəti fəaliyyət göstərir
ƏhəmiyyətiYerli əhəmiyyətli
Dəlmə qalası (Azərbaycan)
Dəlmə qalası

Qalanın şərq divarının eni 2 metrə qədərdir. Bir neçə keramika fraqmentlərindən başqa yerüstü materiala demək olar ki, rast gəlinmir. Coğrafi mövqeyini əsas götürdükdə, qala sanki gizlədilmişdir. Qaladan qısa müddətdə, ən çoxu bir əsr istifadə olunmuşdur. Bir təbəqəli abidədir. nekropolun ölçüləri və quruluşu da qalaya uyğundur. Qalanın yerləşdiyi dağın cənub ətəklərində iki dairəvi plana malik kürənin qalıqları vardır. Tədqiqat işləri aparılma dığından kürələrin təyinatı haqqında müəyyən bir fikir söyləmək çətindir. Lakin onların qala ilə əlaqədar olduğu şübhəsizdir. Ola bilsin ki, kürələrdə istehsal olunan məhsul bir müddət qalada saxlanmışdır.

Ümumiyyətlə, Gilançayın mənsəbində belə qalalar çoxdur və onların nə məqsədlə inşa olunduğunu yalnız arxeoloji tədqiqatlar nəticəsində dəqiq müəyyən etmək olar.

Mənbə[redaktə | mənbəni redaktə et]