Dəməşq döyüşü (2012)

Dəməşq döyüşüSuriyada vətəndaş müharibəsi zamanı, 15 iyul 2012-ci ildə Suriyanın paytaxtı Dəməşqə başlayan döyüş.[1] Döyüşün kim tərəfindən başladığı məlum deyil. Müəyyən mənbələrə görə, yüzlərlə üsyançı şəhərə qonşu rayonlardan soxulmuşdur. Müxalifət bundan sonra Dəməşqi ələ keçirmək üçün kütləvi hücuma keçmişdir.[2] Digər mənbələr hökumət qoşunlarının təşəbbüsü ələ keçirmək və hərbi üstünlük əldə etmək üçün ilk hücuma keçdiyini bildirmişdilər.[3] Üsyançılara yaxın mənbələr sızdırılmış döyüş planına görə, əməliyyatın vaxtından əvvəl başladığını qeyd etmişdir.

Dəməşq döyüşü
Tarix 29 iyul 2012
Yeri

Paytaxtın bir neçə rayonunu ələ keçirən üsyançıların ilkin hücumları uğurlu olmuşdur. Şəhərin mərkəzində bombalı hücumda 4 yüksək rütbəli hökumət üzvünün həlak olmasından sonra[4] hökumət qoşunlarının şiddətli əks-hücumları nəticəsində müxalifət qüvvələri geri çəkilməyə məcbur qalmışdır.[5] 3 həftə davam edən döyüşlərdən sonra paytaxt yenidən faktiki olaraq rejim qüvvələrinin nəzarətinə keçmişdir.[6] Döyüşlər zamanı Dəməşqin mərkəzində geniş miqyasda tanklar və helikopterlərdən istifadə edilmişdir.[7][8] Şəhərin bəzi hissələri xarabalığa çevrilmişdir.

  1. "В Дамаске второй день подряд идут тяжёлые бои". 2016-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-02.
  2. "How "Damascus Volcano" erupted in Assad's stronghold". Chicago Tribune. 20 July 2012. 16 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 October 2014.
  3. Haroon Siddique. "Guardian live updates". the Guardian. London. 17 July 2012. 9 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 October 2014.
  4. "Syria's defense minister killed in Damascus suicide bombing: state TV". 19 iyul 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 oktyabr 2014.
  5. "Syria conflict: Fresh offensive against rebels". BBC News. 19 July 2012. 4 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 October 2014.
  6. "Сирийская армия выбила повстанцев из Дамаска". 2015-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-02.
  7. Morris, Loveday. "Assad loses grip on Damascus as rebels begin to close in on regime". The Independent. London. 17 July 2012. 29 October 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 October 2014.
  8. "Syrian Regime Uses Attack Helicopters In Damascus; Defections Continue". RadioFreeEurope/RadioLiberty. 21 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 October 2014.