Dəmirçitəpə-Quba rayonu ərazisində dağ.
Dəmirçitəpə |
---|
Qaraçayla Qudyal çayı arasındakı sıra dağlar üstündəki zirvələrdən biridir. Tədqiqatçılar oronimi buradakı təpələrdən birində yaylağa gedən elat camaatına mövsümi xidmət göstərmək üçün dəmirçilərin müvəqqəti yurdu olması ilə əlaqələndirirlər. Etnotoponim olması da mümkündür.[1]