Dəmir Alməmmədov (neftçi)

Alməmmədov Dəmir Qədim oğlu 1936-cı ildə Gədəbəy rayonun Söyüdlü kəndində kəndli ailəsində anadan olub. 1957-ci ildə orta məktəbi, 1962-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin mexanika şöbəsini bitirmişdir. Ümumi iş stajı 42-ildir və neft sənayesinə aiddir. Əmək fəaliyyətinə 1962-ci ildə AzNQSDETLİ-nin yeraltı hidrodinamika laboratoriyasında mühəndis vəzifəsi ilə başlamışdır. 1965-ci ildə institutun nəzdində neft-qaz yataqlarının işlənməsi və istismarı sahəsi üzrə aspiranturya qəbul olunub. 1977-ci ildə BDU-nun nəzdində ingilis dili kursunu bitirmiş, 1979-1983-cü illərdə Əlcəzair Demokratik respublikasının "Sonaktrakt" şirkətində neft-qaz yataqlırının işlənməsi üzrə ekspert vəzifəsində çalışmışdır. Ordan qayıtdıqdan sonra isə AzNQSDETLİ-nin neft mexanikası laboratoriyasında aparıcı elmi işçi vəzifəsində çalışmışdır. 1971-ci ildə dissertasiya işi müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Dəmir Alməmmədov 50-ə yaxın elmi məqalənin müəllifidir. Onun elmi fəaliyyəti lay təzyiqi doyma təzyiqindən aşağı olduqda və elastik rejimdə neft və qaz yataqlarının işlənməsinin bəzi məsələləri, həmçinin yataqların işlənmə göstəricilərinin proqnozlaşdırılması, ilkin (qalıq) çıxarıla bilən neft ehtiyatlarının təyini metodikası, neftin su ilə sıxışdırılması xarakteristikası metodlarının yaradılması sahəsində olmuşdur. "Azneft" İB-nin Fəxri fərmanı ilə təltif olunmuşdur.

Dəmir Alməmmədov
Alməmmədov Dəmir Qədim oğlu
Doğum tarixi 1936-cı il
Doğum yeri Azərbaycan Azərbaycan SSR , Gədəbəy rayonu
gedebey.info/sayt/?page_…

Həyatı[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

http://gedebey.info/sayt/?page_id=474[ölü keçid]