Alməmmədov Dəmir Qasım oğlu 1933-cü il mart ayının 10-da Azərbaycan Respublikası Gədəbəy rayonunun Söyüdlü kəndində yoxsul ailəsində doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra, 1952-ci ildə Azərbaycan Dövlət Universiteti (indiki BDU) filologiya fakültəsinin Məntiq və psixologiya şöbəsinə daxil olmuşdur. Ali təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra öz doğma kəndindəki orta məktəbdə müəllim işləmişdir. Sonra isə Azərbaycan Dövlət Elmi tədqiqat Pedaqoji İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1964-cü ildə ADU-da aspiranturaya daxil olmuş, 1967-ci ildə "Mədəniyyətin inkişafında şəxsiyyətin yaradıcı fəaliyyəti" mövzusunda müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə etmiş, fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır. 1966-cı il tarixindən AzXTİ-nin "Fəlsəfə" kafedrasında müəllim, baş müəllim və dosent vəzifəsində çalışmışdır. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Fəlsəfə kafedrasında dosent vəzifəsində fəaliyyət göstərir. O, elmi pedaqoji fəaliyyəti dövründə 5,5 ç/v həcmində "Sənin mənəvi gözəlliyin" adlı (Bakı-1974) kitab nəşr etdirmiş və mədəniyyətin müxtəlif sahələrinə aid 70-ə qədər elmi-publisistik yazılarla respublikanın mərkəzi mətbuatlarında çıxış etmişdir. Son məqalələri bunlardır: "Təbiət və mədəniyyət" 1,5 ç.v., "Mədəniyyətin fəlsəfi əsasları" adlı doktorluq dissertasiyasını yekunlaşdırmaq üzrədir. Hazırda "Şəxsiyyət mədəniyyət sistemində" adlı monoqrafiya üzərində işləyir. Uzun illər fəal təbliğatçılıq işinə görə Azərbaycan Respublikasının Ali Soveti onu 1976-cı il sentyabr ayının 21-də Rəyasət Heyətinin "Fəxri Fərmanı" ilə təltif etmişdir.
Dəmir Alməmmədov | |
---|---|
Alməmmədov Dəmir Qasım oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan SSR, Gədəbəy rayonu |
Saytı | gedebey.info/sayt/?page_… |