Dəniz şeytanı

Dəniz şeytanı, Fənər balığı (lat. Lophius piscatorius) — Tilovlukimilər dəstəsinə aid yırtıcı balıq növü. Bu tür adlandırılması onun çirkin görünüşü ilə əlaqəlidir. Dəniz şeytanı Atlantik okeanının şimal şərqində, Mərakeş sahillərindən başlayaraq Norveç və cənubi İslandiya sahilləri boyu, eləcə də AralıqQara dəniz sularında, 20 –1000 m dərinliklərdə rast gəlinir. 1-1,5 m olan Dəniz şeytanının uzunluğu bəzən 2 m-ə qədər çatır. Maksimal çəkisi isə 57,7 kq-dır. Bədəni pulsuzddur, dəri örtüyü kəələ kötür çoxlu sayda sümüklü çıxınılara malikdir. Böyük başa və müvafiq olaraqböyük ağız boşluğuna malikdir. Ağızın alt çənəsi iti uclu qarmağabənzər dişlərlə təmin edilmişdir. Gözləri xırdadır. Qəlsəmə yarığı iki kiçik dəlikdən ibarətdir.

Dəniz şeytanı
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Dəniz şeytanı
Beynəlxalq elmi adı
Ареал
şəkil

Həyat tərzi[redaktə | mənbəni redaktə et]

Çoxalması[redaktə | mənbəni redaktə et]

Kürütökmə dövrü qışda və yazdadır. Adətən kürütökmə 180 m dərinlikdə baş berir. Kürü zolağı 9m uzunluğa 90 sm enə malik olur. Kürüdən yeni çıxmış körpələr 5-6 sm olurlar.

Qidalanması[redaktə | mənbəni redaktə et]

Dəniz şeytanının bığcıq tilovu

Əsas yemi balıqdır. Sürünmək və hətta ələbənzər döş üzgəcləri hesabına tulanmaq qabiliyyətli Dəniz şeytanı dənizin dibində məskunlaşir. O, öz şikarını uzun bığcığından asılmış fənər kimi işıq saçan tilovu vasitəsilə ovlayır. Bu zaman bığcığın işığına yığışan balıqları bir göz qırpımında udaraq ovlayır.

Əhəmiyyəti[redaktə | mənbəni redaktə et]

Təssərufat əhəmyyətlidir və yemək üçün yararlıdır. Sümüksüz ağ ətlidir. Fransız məbəxində “Dəniz şeytanı” çoxseviləndi. İspanyada isp. "Rape", İtaliyada isə it. "coda di Rana Pescatrice veya coda di rospo" adı ilə, restoranların menyularına daxildir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  • Bent J. Muus, Jørgen G. Nielsen; Preben Dahlström und Bente Olesen Nyström (Illustrationen): Die Meeresfische Europas. In Nordsee, Ostsee und Atlantik. (Originaltitel: Havfisk og fiskeri i Nordvesteuropa 1998, übersetzt von Matthias Stehmann), Franckh-Kosmos, Stuttgart 1999, ISBN 3-440-07804-3.