Dəniz və okean axınları

Dənizokean axınlarıdəniz və okeanlarda müxtəlif qüvvələrin təsirindən su kütlələrinin irəliləmə hərəkəti. Dəniz və okean axınlarının əmələ gəlməsinə dənizlərin səthi ilə hərəkət edən havanın su ilə sürtünmə qüvvəsinin təsiri, suda əmələ gələn təzyiq qradiyentləri, AyGünəşin qabarma əmələgətirmə qüvvələri səbəb olur. Axınların istiqaməti yerin fırlanma qüvvəsinin böyük təsiri nəticəsində Şimal yarımkürəsində sağa, Cənub yarımkürəsində sola meyl edir.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Əliyeva N.Ə. Hidrometeoroloji lüğət. Bakı 2005., 246 s