Qara, Azov, Baltik dənizlərinin sahillərində bitir.
Kamfora yovşanı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: ???: Kamfora yovşanı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Hündürlüyü 20–100 sm olan, ağ tükcüklü yarımkoldur. Gövdələri çoxsaylı, yuxarı qalxan hissəsi busaqlıdır və kiçik çim əmələ gətirir. Bitki çoxillikdir; qısalmış sərilən, çılpaq budaqlara malikdir. Yarpaqları hər iki tərərfdən ağ tükcüklü, növbəli, lələkvari bölünmüş, ensiz, xətvari hissəli, səbətlərdən uzundur. Aşağı yarpaqları saplaqlı, ikiqat, üçər lələkvari, parçalanan,3–4 sm uzunluqdadır. Boruvari çiçəkləri qırmızımtıl və ya sarımtıl, çox xırda, ellipsvari-oval, uzunluğu 1–2 mm-dir. Səbətləri, adətən,2–5 mm uzunluqda, sallaq, gövdə budaqlarının uclarında süpürgələrdə yerləşir. Çiçək yatağı, adətən səbətdən uzundur. Sentyabr ayında çiçəkləyir, meyvələri oktyabr ayında yetişir.
Quru, şoran torpaqlarda çöl, yarımsəhra zonalarında təbaşir çöküntüləri olan yerlərdə bitir.
Abşeronda dənizkanarı ərazilərdə rast gəlinir.
Tərkibində olan efir yağında sineol, pinen, borneol, kamfen, açılmayan səbətlərfə saponin, acı qlikozidlər, qatranlar, müxtəlif turşuların duzları, fitonsitlər vardır. O, sidikqovucu, qurda, soyuqdəyməyə və ağrıya qarşı təsirə malikdir; mədə-bağırsaq yolununfəliyyətini yaxşılaşdırır. Yovşanın quru otunun spirt məhlulu zədələnmələrdə kompres kimi və ovuşdurma üçün istifadə edilir.