Dənizatı

Cinsə 54-dən 57-yə qədər növ daxildir[2].

Dənizatı
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Dənizatı
Beynəlxalq elmi adı

Dənizatının bədəninin qeyri-adi forması şahmat daşındakı atı xatırladır. Dənizatının bədənindəki çoxsaylı uzun tikanlar və lentşəkilli dəri çıxıntıları onu yosunlar arasında görünməz və yırtıcılar üçün əlçatmaz edir. Müxtəlif növ dənizatlarının ölçüləri 2 ilə 30 sm arasında dəyişir[3]. Dənizatlarının maraqlı bir xüsusiyyəti, erkəklərin gələcək nəsli kisəsində daşımasıdır.

Yaşayış yeri

[redaktə | mənbəni redaktə et]

Dənizatları tropik və subtropik dənizlərdə yaşayır. Onlar hərəkətsiz həyat tərzi keçirirlər, quyruqları ilə bitki gövdələrinə yapışaraq və bədən rəngini dəyişərək, fonla tamamilə eyniləşirlər. Onlar bu cür özlərini yırtıcılardan qoruyur və qida üçün ov edərkən maskalanırlar. Dənizatları kiçik xərçəngkimilər və krivetlərlə qidalanır. Boruşəkilli xortum pipet kimi fəaliyyət göstərir — qida su ilə birlikdə ağıza sorulur.

Onun gövdəsi suda şaquli şəkildə durur, çünki hava kisəsi bütün bədən boyunca yerləşir və arakəsmə ilə başı bədənin qalan hissəsindən ayırır. Baş hava kisəsi qarın boşluğundakından daha böyükdür, bu da üzən zamanı dənizatının şaquli vəziyyətini təmin edir.

Anatomik, molekulyar və genetik tədqiqatlar əsasında dənizatının çox dəyişmiş iynə balığı (lat. Syngnathinae) olduğu müəyyən edilmişdir. Dənizatlarının daşlaşmış qalıqlarına olduqca nadir rast gəlinir. Marekkia çayının formasiyalarından (İtaliyanın Rimini əyaləti) Hippocampus guttulatus (sinonim — Hippocampus ramulosus) növünün qalıqları daha çox öyrənilmişdir. Bu tapıntılar Aşağı Pliosen dövrünə (təxminən 3 milyon il əvvəl) aiddir. Ən erkən dənizatı fosilləri Sloveniyada tapılmış Orta Miosen dövrünə aid iki iynəbalığıkimi növ — Hippocampus sarmaticusHippocampus slovenicus hesab olunur. Onların yaşının 13 milyon il olduğu təxmin edilir. Molekulyar saat üsulunun məlumatlarına əsasən, dənizatları və iynəbalıqlarının növləri son Oliqosen dövründə parçalanmışdır. Bu cinsin tektonik hadisələrin səbəb olduğu böyük dayaz su sahələrinin yaranmasına cavab olaraq meydana gəldiyinə dair nəzəriyyə var. Geniş dayaz suların yaranması yosunların və nəticədə bu mühitdə yaşayan heyvanların yayılmasına səbəb oldu.

Dənizatları digər heyvanlar kimi çoxalmır. Cütləşmə dövründə erkək dişiyə doğru üzür, hər iki balıq bir-birinə yapışır və bu anda erkək kisəsini geniş açır, dişi isə ora bir neçə yumurta atır. Sonrakı dövrdə dənizatının nəslini kişi yetişdirir. Dənizatları çox törəyən heyvanlardır və kişi kisəsindəki yumurtadan çıxan embrionların sayı 2 ilə 1000 və ya daha çox fərd arasında dəyişir. Adi bir dəniz atı dörd-beş il yaşaya bilər. Dənizatları, güclü cərəyan balaları aparacağı hallarında qabarma və çəkilmə ilə hərəkət edirlər. Çoxalma mövsümündə balalar hər 4 həftədən bir çıxır. Doğuşdan dərhal sonra balalar sərbəst buraxılırlar. Bəzi növlərin balaları axınla hərəkət edir, digərləri doğulduğu yerdə qalır.

Sayının azalması

[redaktə | mənbəni redaktə et]

Hal-hazırda dənizatları həssas növlər hesab olunur - onların sayı getdikcə azalır. Elmə məlum olan 57 dənizatı növündən 30-u Qırmızı Kitaba daxil edilmişdir. Bunun bir çox səbəbi var, onlardan biri Tayland, Malayziya, Avstraliya və Filippin sahillərində dənizatlarının kütləvi şəkildə tutulmasıdır. Onların ekzotik görünüşü, insanların onları suvenir və hədiyyə kimi istifadə etməsinə səbəb yaradır. Dənizatlarını nəsli kəsilməkdən yalnız böyük nəsilartırma qabiliyyəti xilas edir: bəzi növlər bir dəfəyə mindən çox bala törəyir.

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Şablon:Kitab3:Fishes of the World
  3. "Seahorses, Seahorse Pictures, Seahorse Facts". National Geographic. 2016-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-17.