Dərə piri, Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu ərazisində ziyarətgah.
Dərə piri |
---|
Şahbuz rayonunun Nursu kəndinin şimalında, dərənin içərisində ziyarətgah. Pirin binası son zamanlarda təmir edilmişdir. Pir binası beşbucaqlı formadadır. Binanın girişi cənub tərəfdəndir. Onun içərisində bir böyük və iki kiçik müsəlman qəbiri vardır. Pirin içərisində həmçinin biri böyük, biri isə kiçik olmaqla iki qara daş vardır. Pır yerli əhalinin müqəddəs ziyarətgahlarından biridir. İnsanlar bura gələrək qurban kəsir və niyyətlərinin hasil olması üçün ziyarət edirlər. Pirin içərisi xalça və palazlarla döşənmiş, islam müqəddəslərinin rəsmləri ilə bəzədilmişdir. Aşkar olunan keramika məmulatına əsasən pirin yaranmasını 13–14 əsrlərə aid etmək olar[1].