Dərisitikanlılar (lat. Echinodermata) — heyvanlar aləminə aid heyvan tipi. 7000-ə qədər növü məlumdur.
Dərisitikanlılar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Klad: Tip: Dərisitikanlılar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Dərisitikanlılar dənizlərin dibində yaşayan və bədənləri beşşüalı simmetriyalı quruluşa malik olan heyvanlardır. Yetkin formaları şüalı, sürfələri isə ikiyan simmetriyaya malikdir. Bu, onu göstərir ki, onların əcdadı ikitərəfli simmetriyalı heyvanlar olmuşdur. ikinci bədən boşluğu (selom) yaxşı inkişaf etmişdir. Əsasən hərəkət funksiyası daşıyan su-damar və ya ambulakral sistemə malikdir. Bu sistem həmçinin tənəffüs, qismən ifrazat və başqa funksiyalar da yerinə yetirir. Daxili orqanlar bədən boşluğunda yerləşir.
Dərisitikanlılar tipi 5 sinfə bölünür: dəniz ulduzları, dəniz lalələri, ofiurlar, dəniz kirpiləri və holoturilər. Xəzər dənizində və Azərbaycanın digər sularında yaşamır. Dərisitikanlılar sırf dəniz heyvanlarıdır. Bu tipə aid olan heyvanlar bədən formasının quruluşuna və müxtəlifliyinə görə lap qədim vaxtlardan diqqəti cəlb etmişdir. Bu heyvanlara dərisitikanlıların adının verilməsi və öyrənilmə tarixi qədim yunanlarla bağlıdır. Bir çox zooloqlar onları qurdlara, bir qismi isə bağırsaqboşluqlulara aid edirdilər. 1847 –ci ildə Frey və Leykart dərisitikanlıların şüalı heyvanlardan, xüsusilə bağırsaqboşluqlulardan fərqini izah edərək, müstəqil bir tipə ayırdılar. Dərisitikanlılar ikinciağızlı heyvanlardır. Bu xüsusiyyətinə görə onlar əvvəl təsvir olunan ilkağızlılardan fərqlənir və xordalılara yaxınlaşırlar. Onlar heyvanat aləmi içərisində yüksək quruluşlu formalar hesab olunur. Bununla belə dərisitikanlılar yetkin mərhələdə şüalı simmetriyaya malikdir. Lakin şüalı simmetriyaya malik olan sadə quruluşlu heyvanlarda şüalı simmetriya ilkin olduğu halda, dərisitikanlılarda bu xüsusiyyət sonradan qazanılmışdır. Dərisitikanlıların dəri örtüyü iki qatdan: ektodermal mənşəldən epidermis və onun altında yerləşən mezodermal mənşəli kutis qatından ibarətdir. Dərisitikanlılar üçün səciyyəvi xüsusiyyətlərdən biri onlardan əhəngli lövhələrdən ibarət bütöv zireh əmələ gətirir. Bu örtükdə xaricə çıxa bilən çoxlu miqdarda əhəngli iynələr var. Bu xüsusiyyətlərinə görə də tipə dərisitikanlılar adı verilmişdir.
Dərisitikanlılar tipi Echinodermata