Məmmədov Cavanşir Musa oğlu (Dərviş Cavanşir) — şair, nasir, publisist, 1990-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1996).
Dərviş Cavanşir | |
---|---|
Cavanşir Musa oğlu Məmmədov | |
Təxəllüsü | EL OĞLU |
Doğum tarixi | |
Doğum yeri | Əliabad, Naxçıvan MR |
Vəfat tarixi | (60 yaşında) |
Vəfat yeri | Baki şəhəri |
Vəfat səbəbi | Ürək çatışmamazlığı |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Həyat yoldaşı | Qubatel Məmmədova |
Uşağı | 2 Qız övladi var |
Atası | Musa bəy |
Anası | Səbayel xanim |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Fəaliyyəti | şair,yazıçı |
İlk əsəri | Əlincə şeiri "Şərq qapısı"qəzetində dərc olunub. |
Dərviş Cavanşir 1954-cü il yanvarın 9-da Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Əliabad kəndində anadan olmuşdur. Ailədə dörd nəfər olmuşlar — atası Musa, anası Səbayel və balaca qardaşı Şirxan. (Bir neçə şeirlərində valideynləri və qardaşının adı da çəkilir). Burada kənd məktəbində ibtidai, Naxçıvan şəhərinin 1 saylı məktəbində orta təhsil almışdır (1960–1970). Əmək fəaliyyətinə tikinti sahəsində fəhləliklə başlamışdır (1970–1973). Ordu sıralarında xidmət etmişdir (1973–1975). Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir (1976–1982). Azreklam agentliyində qəzet və jurnal üzrə redaktor (1982–1985), kənd təsərrüfatı elmi xəbərləri jurnalında korrektor (1985–1986), "Yazıçı" nəşriyyatında redaktor (1986–1988), Azərbaycan Assosiasiyasında ədəbi-mədəni əlaqələr üzrə müavin (1989–1992), "Aydınlıq" qəzetində şöbə müdiri (1992–1995), "Xalq qəzeti"ndə baş müxbir (1995–1998) vəzifələrində çalışmışdır. "Ulus" qəzetinin əməkdaşı olub.
Bədii yaradıcılığa XX əsrin 60-cı illərindən başlamışdır. İlk mətbu şeiri "Şərq qapısı" qəzetində dərc olunmuşdur. Dövri mətbuatda şeirləri, hekayələri və publisist yazıları vaxtaşırı işıq üzü görür. İlk dövrlərdə ədəbi-publisistik əsərləri və şeirləri Cavanşir Eloğlu imzası ilə, 1992-ci ildən isə Dərviş Cavanşir imzası ilə çap olunmuşdur.
1960–1970-ci illərdə kənd məktəbində ibtidai, Naxçıvan şəhər Ü. Hacıbəyov adına 1 saylı orta məktəbində isə orta təhsilini alıb. Əmək fəaliyyətinə tikinti sahəsində fəhləliklə başlayıb.
1973-cü ildə hərbi xidmətə cağırılır, xidmətini başa vurduqdan bir il sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirir.
İlk şeiri "Şərq qapısı" qəzetində dərc olunur. Keçən əsrin 70-ci illərindən ədəbiyyata gələn gənc şairin 1981-ci ildə "Gözümün ilk ovu"adli ilk kitabı çapdan çıxır və geniş oxucu kütləsinin maraq dairəsinə səbəb olur.
Ardıcıl olaraq Azreklam agentliyində qəzet ve jurnal üzrə redaktor, kənd təsərrufati elmi xəbərləri jurnalında korrektor,"Yazıçı"nəşriyyatında redaktor, Azərbaycan assosasiyasında ədəbi-mədəni əlaqələr üzrə müavin,"Aydınlıq" qəzetində şöbə müdiri,"Meydan" qəzetində korrektor,"Xalq qəzeti"ndə baş müxbir vəzifələrində çalışmışdır. Eyni zamanda ədəbi dərgilərdə şeirləri çapdan çıxır. 1989-cu ildə "Ömrümüzdə yanan ocaq"adlı ikinci kitabı işıq üzü görür.1990-cı ildən Azərbaycan Yazıçılar birliyinin, 1996-cı ildən isə Azərbaycan Jurnalistlər birliyinin üzvü seçilmisdir. 1996-cı ildə "Mən qəribin qardaşıyam" adlı 3-cü kitabı çapdan çıxır. Sonrakı illərdə"İki sahil","Ulus" qəzetləri ilə əməkdaşlıq edir. Ədəbi-publisistik əsərlərinin yer aldığı "Durnalar qərib olmur"adlı kitabı 2000-ci ildə işıq üzü görür. "Haqdan yanan bir çırağam","Hörün məni divarlara"adlı şeirlər kitabından sonra, 2013-cü ildə ilk nəşr kitabı "Qiblə yeli "adı ilə nəşr olunur.
Dərviş Cavanşirin 2014-cü ildə İran islam Respublikasında fars əlifbası ilə çap olunmus "Hörün məni divarlara" adlı kitabı, cənublu soydaşlarımız tərəfindən maraqla qarşılanır və bu gün də sevə-sevə oxunur.
Dərviş Cavanşir 2014-cü il dekabrın 14-də ürək çatışmazlığından vəfat etmişdir.
Xanımı: Məmmədova Qubatel
Övladları: Məmmədli Aysu, Məmmədli Səbayel