Dəspinə xatun və ya Maria Paleoloqina — Elxanilərin xatunu, Bizans imperatoru VIII Mixailin qızı.
Despina xatun | |
---|---|
yun. Μαρία Παλαιολογίνα | |
Elxanilərin xatunu | |
1265 – 1282 | |
Əvvəlki | Doqquz Xatun |
Sonrakı | Doqquz Xatun |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XIII əsr |
Doğum yeri |
|
Vəfat tarixi | XIII əsr |
Vəfat yeri | |
Fəaliyyəti | Christian nun[d] |
Atası | Mixail VIII Paleoloq |
Həyat yoldaşı | Abaqa xan |
Vikianbarda əlaqəli mediafayllar |
XIII əsrdə doğulub. İmperator Mixailin qeyri-qanuni övladı idi.O Monqollara gəlin göndərilmək üçün şəxsən atası tərəfindən seçilmişdi.[1] Bacısı Noğay xanla evli idi.[2] 1265-ci ildə Konstantinopolu tərk edən Mariya yolüstü Hülakü xanın öldüyünü öyrəndi. Əvəzində oğlu Abaqa ilə evləndirildi. 1282-ci iləcən İranda yaşayan Mariyaya monqollar Dəspinə xatun ləqəbi vermişdilər.
Əhməd Təkudar xanın hakimiyyətə gəlməsindən sonra Konstantinopola qayıdan Mariyanı bu dəfə qardaşı II Andronik 1307-ci ildə Abaqa xanın nəvəsi Məhəmməd Olcaytu ilə evləndirmək istədi. Lakin Osmanlı ordusunun Kiçik Asiyadakı fəaliyyətləri buna imkan vermədi. Mariya bundan sonra "Qanlı Kilsə" olaraq bilinəcək Monqolların Müqəddəs Məryəm kilsəsində rahibə həyatı başladı. Özünə Melaniya adını aldı və orada vəfat etdi.
Abaqa xanla evliliyindən Araçatlun adlı qızı olmuş, onu Bizansa apararaq Teodora adı ilə böyütmüşdü.[3]