Dəvəboynu (Marağa)

Dəvəboynu (fars. ‎‎‎دوه بوينی‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd.

Dəvəboynu
37°30′02″ şm. e. 46°27′48″ ş. u.HGYO
Ölkə  İran
Əhalisi
Əhalisi 28 (2006) nəfər
Xəritəni göstər/gizlə
Dəvəboynu xəritədə
Dəvəboynu
Dəvəboynu

2006-cı il məlumatına görə kənddə 28 nəfər[1] yaşayır (6 ailə).

Dəvəboynu kəndinin əhalisi buranı tərk edərək ətraf şəhər və əyalətlərə köç etmişlər. Lakin bəzi ailələr 2005-ci ildə ata-baba kəndlərinə yerləşməyə qərar vermiş və burada daimi məskunlaşmışlar.

Bu dövrdə kənd yalnız elektrik enerjisindən istifadə edir və başqa şəraiti yoxdur.

Dəvəboynu kəndinin təxminən yaşı 300-dür. Lakin kənddə qədim dəfn yerlərinin olması və köhnə mağaraların mövcudluğu onun qədimliyini göstərir. Dinozavr qalıqlarının aşkar edilməsi böyük əhəmiyyət daşıyır.

Şəhərdən uzaqda yerləşməsi və asfalt yolların olmaması səbəbindən bu kənddə nəqliyyat digər kəndlərə nisbətən daha azdır.Bununla belə bu kənddə çox təmiz hava müşahidə olunur. Ayrıca Dəvəboynu kəndinin Səhənd dağına yaxınlığı, digər kəndlərə nisbətən alma, qoz və gavalı kimi meyvələrin yetişdirilməsinə imkan verir.

1991-ci ilə qədər sakinlər əsasən kənd təsərrüfatı və heyvandarlıq məşqul idilər. Lakin son illərdə şəhərdə yaşayan insanlar dövlət nəzarəti və şəraitin olmaması səbəbindən münbit torpaqlarını satırlar.

  1. "Kəndin əhalisi". 2011-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-14.