Dəyənək müharibəsi (fin Nuijasota; isv. Klubbekriget) — 1596–1597-ci illərdə Finlandiyada (o dövrdə İsveçin tərkibində idi) antifeodal kəndli üsyanı. "Dəyənək" adının üsyankar kəndlilərin əsas silah növünə istinad olduğu güman edilir. Müqayisədə, onların rəqibləri, Klas Eriksson Fleminqin qoşunları peşəkar, ağır silahlanmış və zirehli idi.[1]
Dəyənək müharibəsi | |
---|---|
Tarix | 25 noyabr 1596 |
Vikianbarda əlaqəli mediafayllar |
Müasir Finlandiya tarixşünaslığı üsyanı hersoq Karl ilə İsveç və Polşa kralı III Sigizmund Vasa arasındakı münaqişə kontekstində nəzərdən keçirir.[2] Klas Fleminq III Sigizmundun tərəfdarı idi, sonuncunun müharibədə məğlub olmasından sonra İsveçin gələcək kralı Karl mübarizədən zəifləmiş Finlandiyanı asanlıqla ələ keçirmiş, Sigizmundun tərəfdarlarını edam etdirmişdir.