Bu məqaləni vikiləşdirmək lazımdır. |
Səlimxanlı Dəyanət Fətulla oğlu — şair, publisist, Məmməd Araz ali ədəbi mükafatı laureatı (1994).
Dəyanət Səlimxanlı | |
---|---|
Dəyanət Fətulla oğlu Səlimxanlı | |
Doğum tarixi | |
Doğum yeri | Çanaqbulaq, Yardımlı |
Fəaliyyəti | şair, publisist |
Dəyanət Səlimxanlı 1960-cı il iyulun 1-də Azərbaycanda Yardımlı rayonunun Çanaxbulaq kəndində anadan olmuşdur. Burada kənd yeddiillik məktəbi, qonşu Bərcan kəndində orta məktəbi bitirmişdir. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1983–1989). Əmək fəaliyyətinə Sumqayıt şəhərindəki 2 saylı yataqxanada tərbiyəçi müəllim kimi başlamışdır (1989–1990). "Açıq söz" qəzetində müxbir, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində böyük redaktor işləmişdir (1991–1992). Bir müddət fərdi yaradıcılıqla məşğul olmuşdur. Hazırda "Respublika" qəzetinin ştatdankənar müxbiridir (2002-ci ildən).
Bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. İlk mətbu şeri "Qayıt ata" 1983-cü ildə "Azərbaycan qadını" jurnalında çıxmışdır. Bəstəkar Ələsgər Abbasovun bu şeirə bəstələdiyi mahnı Bakıda keçirilən "Odlar yurdu — 90" festivalında üçüncü yerə, Orta Asiyada 1991-ci ildə keçirilən "Ümumşərq xalqlarının musiqisi" festivalında birinci yerə layiq görülmüşdür. "Komsomolskaya pravda" qəzetinin diplomuna layiq görülmüşdür.