Dəyişən ulduzlar
Elə ulduzlar vardır ki, onların parlaqlıqları zamandan asılı olaraq dəyişir. Bu ulduzlara dəyişən ulduzlar deyilir. Dəyişən ulduzlar iki əsas Qrupa bölünürlər. 1) optik dəyişənlər; 2) fiziki dəyişənlər. Optik dəyişənlərin parlaqlığının dəyişməsinin səbəbi tutulmalardır. Fiziki dəyişən ulduzların parlaqlıqlarının və başqa parametrlərinin dəyişməsi isə onların daxilində gedən fiziki proseslərlə əlaqədardır. Dəyişən ulduzları 2 əsas qrupa bölürlər. Döyünən dəyişən ulduzlar və erruptiv - partlayış xarakterli dəyişən ulduzlar.[1]
Bu ulduzların parlaqlığının dəyişməsi onların radius və effektiv temperaturlarının müəyyən amplitud və periodla dəyişməsi ilə əlaqədardır.
Bu ulduzların parlaqlıqlarının dəyişməsi partlayış xarakterli enerji ayrılması ilə əlaqədardır.[1]