Dəyişdirici, açar

Dəyişdirici, açar(switch ~ переключатель, коммутатор)-1. Elektronikada: iki durumu (“açıqdır” və “qapalıdır”) olan sxem elementi. “Açıqdır” vəziyyətində açar elektrik siqnalını maneəsiz buraxır, “qapalıdır” vəziyyətində isə buraxmır. Açar mexaniki də ola bilər, rele kimi elektriklə idarə olunan da. 2. Telekommunikasiyada və şəbəkələrdə: bir yeri başqa bir yerlə bağlamaq üçün telefon operatoru kimi işləyən qurğu. Məsələn, kompüter şəbəkələrində switch zərurət yarandıqda müxtəlif seqmentlər arasında müvəqqəti olaraq yüksək sürətli yol qurur. O, qovşaq (HUB) kimi işləyir, ancaq ondan sürətlidir. İki əsas növü var: körpülər (BRIDGE) və yönləndiricilər (ROUTER). Bax: BRIDGE; Tut: HUB, ROUTER. 3. MS-DOS əməliyyat sistemində: adətən, sağa əyik cizgiylə (/) başlayan və komanda, yaxud tətbiqi proqramın yerinə yetirilməsini idarə etmək üçün istifadə olunan şərti simvol. 4. C və ondan törəmə dillərdə: dəyişənin müxtəlif qiymətlərinə uyğun olaraq fərqli hərəkətləri seçmək üçün deyim. Əgər icranın növbəti bölümdən davam etdirilməsini istəmirsinizsə, hər bölüm break ilə bitməlidir. Aşağıda Java dilində nümunə verilib:

switch (p) {

 case 1:
         System.out.println(“First place\n”);
         break;
 case 2:
         System.out.println(“Second place\n”);
         break;
 case 3:
	          System.out.println(“Third place\n”);
         break;
 default:
         System.out.println(“Something else\n”);

}

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 827 s.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]