Dəyişkən kodofil

Dəyişkən kodofil (lat. Codophila varia F.- ) — Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ.

Dəyişkən kodofil
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Biologiyası[redaktə | mənbəni redaktə et]

Bu növ bədəninin böyüklüyü və formasına görə adi qalxancığa çox oxşayır. Bədəninin rəngi dəyişkən olub, bozumtul, sarımtıl, tutqun qəhvəyidir. Bədənində olan nöqtələr bozumtul və ya qara rənglidir. Başı qabağa uzanmış və aşağı əyilmiş şəkildədir. Ona əsasən yem otları üzırindı təsadüf edilir. Yem otlarından yoncaya daha çox zərər verir. Azərbaycanda kütləvi çoxalma halı qeydə alınmamışdır. Bu növ yetkin mərhələdə qışlayır[1]. Qışlamadan çıxan fərdlər yazda yumurta qoymağa başlayır. Bunlar öz yumurtalarını əsasən bitkilərin aşağı hissəsinə topa halında qoyur. Hər topada 30–40 yumurta olur. Yumurtada rüşemin inkişafı 10 günə qədər davam edir. Sürfələr 5 dəfə qabıq dəyişdikdən sonra yetkin formaya keçir.

Yayılması[redaktə | mənbəni redaktə et]

Bədəninin uzunluğu 10–14 mm-dir. Bu növ Azərbaycanda düzən və dağlıq hissədə yayılmışdır.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Azərbaycanda Kənd təsərrüfatı bitkilərinə zərər verən Yarımsərtqanadlılar (Taxtabitilər) C. A. Hidayətov, 42

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycanda Kənd təsərrüfatı bitkilərinə zərər verən Yarımsərtqanadlılar (Taxtabitilər) C. A. Hidayətov, 42

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]