Dəyirmanyeri yaşayış yeri

Dəyirmanyeri yaşayış yeriBabək rayonunun Zeynəddin kəndi yaxınlığında eneolit-tunc dövrlərinə aid yaşayış yeri.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Bu qədim yaşayış yeri 1973-cü ildə aşkar olunmuşdur. Sahəsi 3 hektardır.Yaşayış yerində səpələnmiş halda xeyli maddi mədəniyyət qalıqları var. Mədəni təpəqənin üst hissəsi tikinti işləri zamanı dağılmışdır. Əldə olunmuş materialların əksəriyyəti gil qab nümunələrindən ibarətdir. Qabların bir hissəsi saman qarışıq palçıqdan kobud şəkildə, digərləri isə səliqəli hazırlanmışdır. Qabların üstü anqoblanmış, bəziləri şüyrələnmişdir. Tapıntılar içərisində dən daşları, həvəng və dəstələr var. Abidə eradan əvvəl 5-2-ci minilliklərə aid edilir.[1]

  1. Naxçıvan ensiklopediyası. Bakı: 2002, səh.594