Dəyirmi qurdlar tipi

Nemathelminthes (lat. Nemathelminthes) — heyvanlar aləminə aid heyvan tipi. İlk bədənboşluqlu qurdlar da deyilir. Onların daxili orqanları protoselom adlanan ilk boşluqda yerləşmişdir. Bu boşluğun səciyyəvi xüsusiyyəti odur ki, onda xüsusi divar yoxdur. Azərbaycanda dəyirmi qurdlardan 843 növ nematod tapılıb.

Dəyirmi qurdlar
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Dəyirmi qurdlar
Beynəlxalq elmi adı
  • Nemathelminthes

Quruluşu və fiziologiyası

[redaktə | mənbəni redaktə et]

Dəyirmi qurdların bədəni silindrik uzunsov, buğumsuz və kirpiksiz olur. Bu orqanizmlərin 80.000-ə qədər növü var. Onlar demək olar ki, bütün ekoloji mühitlərə uyğunlaşmışdır. Bədənin uzunluğu 0.01 mm-dən (bəzi fırlanğıclar) 8.5 m-ə qədər (kaşalotun ciftində parazitlik edən ''Placentonema gigantissima'') dəyişir. Kutikulanın üzəri həm hamar, həm də az və ya çox dərəcədə çıxıntıya malik olur. Kutikulanın altında hipodema adlanan epiteli toxumaları yerləşmişdir. Əzələlər uzununa əzələlərdən ibarətdir və bütöv qat əmələ gətirmir. Eninə əzələlər ixtisar olunmuşdur və ona görə də həqiqi dəri-əzələ kisəsi inkişaf etməmişdir. Bədənin ön hissəsində ağız dəliyi, arxa tərəfində isə anus dəliyi yerləşmişdir. Dəyirmi qurdlar üçün səciyyəvi xüsusiyyətlərdən biri də onlarda həzm sisteminin üç hissəyə — ön, orta və arxa bağırsağın ayrılması və anusla nəhayətlənməsidir. İfrazat sistemi müxtəlif formada olur. Bəzi nümayəndələrdə isə olmur. Tənəffüs prosesi sərbəst yaşaya formalarda bütün bədən səthi vasitəsilə, parazit formalarda isə anaerob olur. Qan-damar sistemi yoxdur. Sinir sistemi nisbətən yaxşı inkişaf etmişdir. Bel və qarın sinirləri daha yaxşı inkişaf etmişdir. Hiss orqanlarının inkişafı isə zəifdir. Dəyirmi qurdların əksəriyyəti ayrıcinslidir. Erkək və dişi fərdlərdə cinsi dimorfizm müşahidə edilir.[1]

Patogen əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Bəzi növlər bitki, heyvan və insanlarda təhlükəli parazitlik edir. Dəyirmi qurdlar arasında həm sərbəstyaşayan, həm də parazitlik edən formalar mövcuddur. Bəzi nematodlar biometodda istifadə edilir (Steinernema carpocapsae). Bəziləri sestodlarda parazitlik (hiperparazitizm) edir.

Dəyirmi qurdları bir neçə sinfə ayırırlar:[2]

  1. Nematodlar (lat. Nematodes)
  2. Qarnıkirpiklilər (lat. Gastotricha)
  3. Rotatorilər (lat. Rotatoria)
  4. Qılqurdkimilar (lat. Nematomorpha)
  5. Kinorinxlər (lat. Kinorhyncha)

Ən geniş yayılmış nümayəndələrindən biri askaridlərdir.

  1. Bəhlul Ağayev, Zülfiyyə Zeynalova. Onurğasızlar zoologiyası. Bakı: 2008.
  2. Dogel. Onurğasızlar zoologiyası. Bakı: 2007.