122 mm-lik D-30 haubitsa — sovet istehsalı olan top. 1963-cü ildə ilk dəfə Sovet ordusunda xidmətə qəbul olunmuşdur. Maksimum atəş məsafəsi 15.4 km-dir.
Variantları:
Üç ədəd dayaq üzərində dayanır və 360 dərəcə çevrilərək atəş aça bilir. Bu toplar hal-hazırda da 60-dan çox ölkənin silahlı qüvvələrində istifadə olunur və istehsalı da davam etdirilir.
Haubitsa ayrılmış giliz–mərmi doldurulması sistemi ilə qurulmuşdur. Lafetin quruluşu dairəvidir. Haubisa qoşqulu təkərli və qoşqulu tırtıllı texnika ilə atəş zonasına çatdırılır. Normal sürət rəvan yolda 80 km–dır. Habelə lafet qarlı ərazılərdə təkər əvəzinə xizəklə də təmin oluna bilir. Lakin xizəklə atəş acmaq olmur.
2S1 Qvozdika özüyeriyən artilleriya qurğusunun topu D-30 haubitsası əsasında hazırlanmışdır.
Azərbaycan ordusunda 2010-cu il hesablamasına görə 110 D-30 haubitsası vardır. İstehsalçı ölkə-SSRİ-Rusiyadır.
122 mm-lik 2A18 “D-30” topu.
İstehsalçı ölkə: SSRİ
İstehsalçı fima: Zavod № 9
Tip: yedəkdə daşınan top
İstehsal tarixi: 1963
Xidmətə giriş ili: 1963 – günümüzə
Ekipaj: 6 nəfər
Ağırlığı: 3.2 ton
Uzunluğu: 5.4 m
Lülənin uzunluğu: 4.6 m
Eni: 1.9 m
Hündürlüyü: 1.6 m
Klirens: 0.325 m
Yedək maşını: Ural-4320
Yol sürəti: 80 km/saat
Kalibr: 122 mm
Lülənin qalxma bucağı: -7º... +70º
Üfüqi tuşlama bucağı: 360º
Mərmi ağırlığı: 14.08 – 22.2 kq
Mərminin çıxış sürəti: 690 metr/saniyə
Atış tezliyi: 8 atış/dəqiqədə
Atəş məsafəsi: 15.3 km
Maksimal atəş məsafəsi: 22 km