DJ Seym

Samir Məmmədov (DJ Seym, 8 iyun 1989, Bakı, Azərbaycan) — Azərbaycanlı DJ, musiqi prodüseri, bir neçə musiqi janrlarının ifaçısı.

DJ Seym
Samir Məmmədov
Ümumi məlumatlar
Ləqəbi DJ Seym
Doğum tarixi (34 yaş)
Doğum yeri Bakı, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti DJ
Fəaliyyət illəri 2007 – h.h.
Janrlar hip-hop, R&B, elektronik, deep house, musiqi prodüseri, chill&lounge

Həyatı[redaktə | mənbəni redaktə et]

Seym 2007-ci ildə DJ kimi karyerasına başlayıb. 2009-cu ildə "Ən yaxşı performans DJ" nominasiyası qazanıb və 2011-ci ildə "Ən yaxşı klub DJ" nominasiyası mübarizəsində üçüncü olub.
StereoMania qrupunun üzvlərindən biri olub. Bir gün əvvəl "Hi Hey Baku" (Orange Versace, Zuleyxa Akçurina, Azər Aslan)[1], "D.A.N.C.E" (Erkin Love)[2] kimi layihələr rotasiyaya buraxılmışdı.
Onun DJ işinin əsas istiqamətləri funky house[3], R&B, hip-hop, deep house[4], elektronik və chill&lounge-dir.
2012-ci ildə DJ Dark və Leyla Kafari ilə birlikdə "Baku I love you" mahnısını təqdim etmişdir.[5]. Həmin il Bakıda keçirilən Avroviziya Mahnı Müsabiqəsində DJ kimi çıxış etmişdir.
Murad Arifin "Partlat!" adlı videoklipində rol almışdır.
2015-ci ildə Bakıda keçirilən ilk Avropa oyunlarında, Bakı marafonunda, 2019-cu ildə baş tutan UEFA Avropa Liqası finalında və 2021-ci ildə keçirilən UEFA Avro 2020 yarışlarında musiqi direktoru vəzifəsində çalışmışdır.
Bakıda keçirilən Formula 1 yarışlarında əsas rezidentlərdən biridir.
Formula 1 ərəfəsində Bakıya dəvət olunan Don Diablo, Hardwell kimi tanınmış DJ-lərlə bir səhnəni bölüşüb.

Böyük səhnələr[redaktə | mənbəni redaktə et]

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

  • Hi Hey Baku
  • D.A.N.C.E
  • Baku I love you

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Hi Hey Baku - StereoMania ft Zuleykha Akchurina , Orange Versace & Azer Aslan". https://youtube.com/. 1 may 2012. 2023-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 may 2012.
  2. "StereoMania ft Erkin Love - D. A. N. C. E (2012)". https://youtube.com/. 1 may 2012. 2023-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 may 2012.
  3. "Funky House by Dj Seym - Location Kare Baku "Outside"". https://youtube.com/. 14 may 2022. 2023-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 may 2022.
  4. "Deep House Mix - Dj Seym "GuestDJMix"". https://youtube.com/. 1 iyun 2021. 2023-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2021.
  5. "Babaeff Dark, Leyla Kafari & DJ Seym - Baku i love you". https://youtube.com/. 1 iyun 2012. 2023-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2012.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]