Dağıstan (Hacıyev) kəklikotu

Ümumi yayılması:[redaktə | mənbəni redaktə et]

Qafqaz.

Azərbaycanda yayılması:[redaktə | mənbəni redaktə et]

Şamaxı rayonunda (Kızıldərə, Astarxan kəndi yaxınlığında) rast gəlinir.

Statusu:[redaktə | mənbəni redaktə et]

Azərbaycanın nadir bitkisidir.VU C2a(i).

Bitdiyi yer:[redaktə | mənbəni redaktə et]

Yamaclarda, günəş düşən açıq sahələrdə bitir.

Təbii ehtiyyatı :[redaktə | mənbəni redaktə et]

Azərbaycanda arealı dardır.

Bioloji xüsusiyyətləri:[redaktə | mənbəni redaktə et]

Çoxsaylı, meyvəsiz, sürünən zoğları olan yarım kolcuqdur. Çiçəkli zoğları düz dayanan, hündürlüyü 7-15 sm, sıx, qısa tüklüdür. Yarpaqları uzunsovlansetvari və ya əks-yumurtavari, uzunluğu 6–10 mm, eni 2–3 mm, çox cod, çılpaq, az bilinən nöqtəli vəzicikli, kənarları tükcüklüdür; yan damarcıqları alt tərəfindən üstə çıxandır. Çiçək qrupu başcıqlı, möhkəmdir. Kasacığın uzunluğu 4–5 mm, sıx və qısa tükcüklüdür; yuxarı dişcikləri üçkünc, kənarları tükcüklüdür. Çiçək tacının uzunluğu 7 mm, parlaq çəhrayıdır. İyun-iyul aylarında çiçəkləyir, avqust ayında isə meyvə verir.

Çoxalması:[redaktə | mənbəni redaktə et]

Təbiətdə əsasən toxum vasitəsi ilə çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri:[redaktə | mənbəni redaktə et]

Başlıca olaraq insan fəaliy¬yətidir.

Becərilməsi:[redaktə | mənbəni redaktə et]

Becərilməsi haqda məlumat yoxdur.

Qəbul edilmiş qoruma tədbirləri:[redaktə | mənbəni redaktə et]

Qəbul edilmiş mühafizə tədbiri yoxdur.

Zəruri qoruma tədbirləri:[redaktə | mənbəni redaktə et]

Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilməsi tövsiyə edilir.

Məlumat mənbələri:[redaktə | mənbəni redaktə et]

  • Флора Азербайджана. т.7. 1957;
  • Azərbaycanın “Qırmızı” və “Yaşıl Kitabları”na tövsiyə olunan bitki və bitki forma-siyaları.1996;
  • Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.
  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.