Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 27 dəqiqə əvvəl Araz Yaquboglu (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Dağ-çəmən bozqır torpaqları — bu torpaqlar müstəqil tip olub, dağların subalp qurşağında, dəniz səviyyəsindən 1900-2100 (2200) m hündürlüklərdə formalaşmışdır[1].
Azərbaycanda Böyük Qafqaz dağlarının şərq hissəsində, Qarabağ vulkanik yaylasında, Zəngəzur və Qarabağ silsilələrində, Talış dağ sistemində yayılmışdır. Subalp qurşağında qaramtıl dağ-çəmən torpaqları ilə komplekslilik yaradan bu torpaqlar mürəkkəb mozaikalar yaradır.
Dağ-çəmən bozqır torpaqların yayıldığı ərazilərin iqlim şəraitində quraqlıq əlamətləri özünü göstərir. Orta illik temperatur mezofil subalp çəmənlərin göstəricilərindən yüksəkdir. Orta illik yağıntıların miqdarı 475-550 mm olub, rütubətlənmə əmsalı 0,7-1,12 təşkil edir.
Bitki örtüyü çəmən bozqırlardan və müxtəlif otlu taxılkimilər fitosenozlarından (əsasən ala topal, şırımlı topal, Qafqaz nazikbaldırı və s.) ibarətdir. Ot bitkilərinin məhsuldarlığı subalp çəmənlərində olduğundan xeyli aşağıdır.