Dağ ayıdöşəyi - (lat. Oreopteris limbosperma (All.) Holub et Pouzar.) - Telipteriskimilər – (Thelypteridacaea Pichi Sermolli.) fəsiləsinə aid bitki növüdür.[1]
Dağ ayıdöşəyi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Dağ ayıdöşəyi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Məlumat azlığı” kateqoriyasın aiddir – DD. Azərbaycanın nadir növüdür. [2]
Çoxillik bitkidir. Kökümsovu qalın, qısa və şaqulidir. Yarpaqları qısa saplaqlı, uzunsov-lansetvari, qaidədə daralan, kənarları bütöv və ya əyri-üyrüdür; birinci sıranın seqmentləri lansetşəkillidir, ucu itiləşmiş, uzanmış dilciklərə bölünmüşdür. Soruslar meyvə verən damarların təpə hissəsində yerləşir. Sporlar qonur rəngdə, böyrəkşəkilli-oval, kənarları xırda daraqvaridir; örtükləri tez tökülən və vəzilidir.[3] [4]
Sporların yetişmə dövrü iyul-sentyabr aylarına təsadüf edir. Mezofitdir. Aşağı dağ qurşağından yuxarı dağ qurşağına kimi,kölgəli, yarpaqlı ağac meşələrində bitir. [3] [5]
Kiçik Qafqazın şimal rayonları (Murovdağ ərazisində meşələrdə az rast gəlinir). [3] [4] [6]
Antropogen amillərin təsirinə məruz qalır.
Populyasiyalarının nəzarətə götürülməsi və mütəmadi monitorinqlərin aparılması vacibdir.
Dryopteris limbosperma (All.) Bech.
Dryopteris oreopteris (Ehrh.) Maxon
Lastrea limbosperma (All.) Ching
Lastrea limbosperma (All.) Holub
Lastrea limbosperma (All.) Heywood
Thelypteris limbosperma (All.) H.P. Fuchs
Thelypteris oreopteris (Ehrh.) Sloss.