Dağ bülluru — mineral
Dağ bülluru su kimi şəffaf, adətən rəngsiz, bəzən zəif sarımtıl kvarsdır. Dağ bülluru əmələ gəlməsi əsasən orta və aşağı temperaturlu hidrotermal proseslər zamanı qranit peqmatitlərdə, kvarslı, kvars-çöl şpatlı və kvars-karbonatlı boşluqlarında formalaşması ilə bağlıdır. Dağ bülluru qüsursuz kristalları və onun rəngli növləri, qiymətli pyezooptik və zərgərlik xammalıdır. Kvars qumları şüşə istehsalı üçün əsas xammaldır.