Dağ köpәkdili

Dağ köpәkdili (lat. Cynoglossum montanum) — hündürlüyü 30-70 sm, gövdəsi düz, yaxşı görünən uzununa xətləri vardır, seyrək tüklü, yuxarı hissədə nazik budaqlanan ikiillik ot bitkisidir. Kökü üfüqi yerləşmiş və aşağıya doğru güclü budaqlanmış, yuxarı hissədə qurumuş kökətrafı yarpaqlarının qalığı vardır.[1]

Dağ köpәkdili
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Dağ köpәkdili
Beynəlxalq elmi adı

Kökətrafı yarpaqları uzun saplaqda yerləşmiş, uzunsov-ellipsvari, uzunluğu (saplaqla birgə) 5-10 sm, aşağı gövdə yarpaqları uzunsov, saplağa daralmış, yuxarıdakılar isə oturaq, uzunsov-neştərvaridir, qısa sivriləşmişdir;yarpaq ayası nazik, incə, üst tərəfdən çılpaq, alt tərəfdən səpələnmiş nahamar tüklüdür.[1]

Qıvrımları çiçək qrupunda seyrəkçiçəklidir, aşağı hissədə 1-2 ədəd yarpaqcıqlarladır. Çiçək saplağı qısadır, əyiləndir. Tac qırmızımtıl-bənövşəyi rəngdədir, qıfşəkillidir.[1]

Fındıqlarının uzunluğu 5–7 mm, arxa tərəfdən basılmış, demək olar ki, yastıdır, yumurtaşəkillidir, üst səthi bütünlüklə uzunluğu 1 mm olan, qısa lövbərli tikanlarla eyni qaydada sıx örtülmüşdür.[1]

Çiçəkləməsi

[redaktə | mənbəni redaktə et]

İyun[1]

Meyvə verməsi

[redaktə | mənbəni redaktə et]

İyul[1]

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Samur-Şabran ovalığı, BQ qərb, Lənkəran dağ. Ovalıqdan orta dağ qurşağına qədər.[1]

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Meşələrdə və qaranlıq yaş yerlərdə rast gəlinir.[1]

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Balverən və tozcuqverən bitkidir.[1]

  1. 1 2 3 4 5 6 7 8 9 Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016