Dağ meşə-çəmən torpaqları

Dağ-meşə çəmən torpaqları — dəniz səviyyəsindən 1800 (2000) - 2100 (2200) m hündürlüklərdə, meşələrin yuxarı sərhəddində yayılmış torpaq tipi. Ərazi üçün parkşəkilli meşələr və yüksək otlaqlarla örtülü geniş talalar səciyyəvidir[1].

İqlimi[redaktə | mənbəni redaktə et]

Orta illik temperaturu 5,7-6,1°C, illik yağıntıların miqdarı isə 700-1200 mm arasında tərəddüd edir. Fəal temperatur cəmi 2000-2500°C arasında dəyişir. Rütubətlənmə əmsalı Böyük Qafqazda 2,2, Kiçik Qafqazda isə 1,4-ə bərabərdir.

Bitki örtüyü[redaktə | mənbəni redaktə et]

Alçaqboylu ağaclar, sürünən kollar, palıd, tozağacı, ağcaqayın və taxılkimilərdən ibarət ot bitkiləri üstünlük təşkil edir. Hər il bitkilər torpağa çoxlu töküntü verir. Fitokütlənin miqdarı Böyük Qafqazda 70-80 s\ha (quru kütlə), Kiçik Qafqazda isə 40-60 s\ha arasında tərəddüd edir.

Morfoloji əlaməti[redaktə | mənbəni redaktə et]

Humusun üst qatda miqdarı orta hesabla 9-10% təşkil edir. Bu göstəriciyə görə dağ-çəmən torpaqlara yaxındır. Humusun tərkibinə gəldikdə isə fulvo turşuların miqdarı humin turşularının miqdarından yüksəkdir. Udma tutumunun cəmi üst qatlarda 100 qr torpaqda 36-40 m.ekv təşkil edir ki, bu da qaramtıl dağ-çəmən torpaqlarında olduğundan bir qədər aşağıdır. Mexaniki tərkibcə orta və ağır gillicəlidir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. İ.Ə.Quliyev. Ümumi torpaqşünaslıq və torpaq coğrafiyası. Bakı: 2014, 235 s.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]