Dağ ramalinası

Dağ ramalinası (lat. Ramalina montana) — fungi aləminin ascomycota şöbəsinin lecanoromycetes sinfinin lecanorales dəstəsinin ramalinaceae fəsiləsinin ramalina cinsinə aid göbələk növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c +3c. Nadir növdür.

Dağ ramalinası
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Yarımaləm:
Yarımşöbə:
Ranqsız:
Yarımsinif:
Dəstə:
Fəsilə:
Növ:
Dağ ramalinası
Beynəlxalq elmi adı
  • Ramalina montana

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Tallomu yasıtvari, yığcamdır, hündürlüyü 5–12 mm, diametri 1-3,5 sm-əçatır, boz-sarımtıl, saman rənglidir, gözə çarpmayan saysız lövhəciklərdən ibarətdir. Tallomun lövhəcikləri dixotomik şaxəlidir, eni 1,5 mm-ə qədərdir, yastıdırlar, üst hissəsi bir qədər dalğalıdır, bəzən şırımda qırılmış, lupanın altında açıq-mum rənglidir, aşağı hissəsi nisbətən tünddür. Üst qabıq hissəsinin rəngi KOH təsirindən dəyişmir. Lövhəciklərin uclarında tallom rəngində izidilər yerləşir, hansı ki, bəzi vaxt təpədə nazik örtüyü cırılandan sonra soredili olur Parmelia izidiotylardakı kimi. Nadir halda iridənəli soredilərlə diskvari soralilərə rast gəlinir. Apotesilər yoxdur. Zahiri görünüşünə görə bir qədər Ramalina pollinaria var. Humlisiə bənzəyir, ancaq ondan sallaq əmzikvari çıxıntılar və yığcam konfiqurasiyalı yastıqlarla seçilir. Dağ-meşəsiz zonada, daşlarda,ş amıq və quru yerlərdə bitir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Kserofitdir, izidi və soredilər vasitəsi ilə çoxalır.

Kiçik Qafqaz, Kəlbəcər rayonu, İsitsu-nun ətrafı, 2000 m, qayalarda; Tər-tər çay, 1500m; Şuşa, Sağsağan dağı, 2200m; Talış, Lerik, Orand kəndinin ətrafı; Vaşaruçayın yuxarı axarı, 1650 m; Hovari kəndinin ətrafı, şimal yamacında, aşırımda, 1500 m; Yardımlı, Alar kəndi; Ordubad; Paraqaçay ərazisidir.

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyanın təbii bərpası azalır, ətraf mühitin mənfi təsirlərinə həssaslıq müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Erroziya və aşınmalar, heyvanların intensiv otarılması və tapdalanma ola bilər.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Mühafizəsi üçün yayılam yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkilidir.