Daşüz kurqanları

Daşüz kurqanları- Şəki şəhəri, Daşüz kəndinin şimalında yerləşən kurqanlar.Kurqanın sadə torpaq qəbrində uşağa aid skelet qalıqları aşkar olunmuşdur. Kurqan e.ə. III minilliyin sonlarına aid edilir. Burada tapılmış qablar müasir külqabı formasında olub, kənarları girintili-çıxıntılı naxışlı, təkayaqlı, kiçik meyvə qablarına bənzəyir. Boz,sarı, ala, sarımtıl rəngli belə qablar narın qum və gil qarışığından bişirilmə üsulu ilə düzəldilmişdir. Qabların yüksək sənətkarlıqla, əllə hazırlanmasına baxmayaraq heç də dulus çarxında hazırlanan qablardan geri qalmırlar.

1.AMEA Naxçıvan bölməsi, Naxçıvan Dövlət Universiteti, Vəli Baxşıyev Azərbaycan arxeologiyası. I cild. Bakı 2006

2.Xəzər Universiteti. 21-ci əsrin pəncərəsindən Mədəniyyət və Kimlik Beynəlxalq Simpoziumun materialları 26-28 may 2014