Daşkörpü (Skopye)

Daşkörpü — Fateh körpüsü və ya Fateh Sultan Mehmet körpüsü Vardar çayı üzərində, Skopye şəhər mərkəzində yerləşən tarixi Osmanlı körpüsü. Skopyenin rəmzlərindən biri hesab olunur.

Daşkörpü
Xəritə
41°59′49″ şm. e. 21°25′59″ ş. u.HGYO
Ölkə  Şimali Makedoniya
Şəhər Skopye
Aidiyyatı Osmanlı imperiyası
Sifarişçi II Mehmed
Tikilmə tarixi 1451-1469
Üslubu Osmanlı memarlığı
Uzunluğu
  • 213,85 m
Vəziyyəti fəaliyyət göstərir
Daşkörpü (Şimali Makedoniya)
Daşkörpü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Körpü qatı daşdan ibarət olan bloklardan və 12 ədəd yarım yay kəmərə bağlanan sabit, qatı sütunlardan ibarətdir. Tikinti, 214 metr uzunluğa və 6 metr genişliyə malikdir. Körpünün ortasında olan kitabə hissəsi yenidən tikilmişdir.

1451-1469-ci illərdə II Mehmetin himayəsi və nəzarəti altında inşa edilmişdir.

Bəzi qaynaqlara görə körpü Memar Sinan tərəfindən inşa edildiyi deyilməkdədir. 13 kəmər gözü yəni 12 kəməri olan körpünün kəmər Açılış isə mərkəzə doğru genişlənməkdə və yüksəlməkdədir. Körpünün ümumi uzunluğu 220 metrdir. Kəmər Açılış baxımından ən kiçik açıqlıq 4,05 metr ən böyük açıqlıq isə 13,48 metrdir.

1451-1469-ci illərdə Fateh Sultan Mehmetinn hakimiyyəti döründə inşa edilən körpü tarixdə bir neçə dəfə ziyan görmüş və təmir edilmişdir. 1555-ci ildəki böyük zəlzələdə ziyan gördüyünə dair tarixi dəlillər olduğu deyilmişdir. Bu zəlzələdə körpünün 4 sütunu ağır ziyan yaşamışdır.

II Dünya müharibəsi dövründə, 1944-cü ildə faşistlər tərəfindən körpüyə partlayıcı yerləşdirilmişdir. Skopyenin xilas olmasıyla, partlayıcılar sökülmüşdür.

1689-cu ildə bu körpüdə Kumanova hökümdarı Karpoş adlı birinin asıldığı iddia edilmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]