İskəndərov Daşqın Ələm oğlu — Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İstehsalat Birliyinin Baş direktoru, texnika üzrə fəlsəfə doktoru. ARDNŞ-nin vitse-prezidenti (2019–2023), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti prezidentinin müşaviri.[1]
Daşqın İskəndərov 1965-ci ildə Şamaxı rayonunda anadan olmuşdur. 1983–1985-ci illərdə hərbi xidmətdə olmuş və xidməti tamamlayaraq 1985-ci ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi fakültəsinə daxil olmuşdur. İnstitutu 1991-ci ildə bitirərək dağ mühəndisi ixtisasına yiyələnmişdir. Evlidir, 2 övladı var.
1991-ci ildə 28 May neft — qazçıxarma idarəsinin (NQÇİ) 5 saylı dərin dəniz özülündə neft-qazçıxarma operatoru kimi əmək fəaliyyətinə başlamışdır. 1999-cu ilədək orada operator, mühəndis, Neftin və qazın ilkin hazırlanması və nəqli sexinin rəisinin müavini və rəisi vəzifələrini icra etmişdir. 1999–2007-ci illərdə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində və daha sonra BP Exploration Caspian Sea Limited şirkətində əməliyatlara nəzarət mərkəzində texnik və daha sonra istehsalat üzrə sahə rəhbəri vəzifəsində çalışmışdır. 2007–2010-cu illərdə SOCAR-ın Azneft istehsalat Birliyinin 28 may NQÇİ-nin rəisinin 1-ci müavini, daha sonra isə rəisi vəzifəsinə təyin edilmişdir. Daşqın İskəndərov 2010-cu ildə Azneft İstehsalat Birliyində Baş direktorun 1-ci müavini vəzifəsində işləmişdir. 2011-ci ildən etibarən Azneft İstehsalat Birliyinin Baş direktoru vəzifəsində çalışır.
Daşqın İskəndərov 2019-cu il 3 dekabrdan Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, "Azneft" İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub.[2]
28 iyul 2023-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə ARDNŞ-nin vitse-prezidenti vəzifəsindən azad edilib.[3]
2013-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasında "Uzun müddət istismarda olan dəniz neft yataqlarının lay-quyu sistemində yaranan mürəkkəbləşmələrə qarşı yeni üsulların işlənməsi və tətbiqi"[4] mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, texnika elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Müvafiq olaraq 2014-cü və 2015-ci illərdə nəşr edilən Neft və qaz çıxarma işçiləri üçün məlumat kitabı və Neft və qaz quyularının əsaslı təmiri adlı kitabların müəllifidir. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə aparılan bir sıra elmi-tədqiqat işlərinin, o cümlədən mədənlərdə keçirilən sınaq işlərinin nəticələri nəşr olunmuşdur. 15-dən çox elmi məqalə, o cümlədən dərslik kimi istifadə olunan 2 kitab, 8 ixtira və patent müəllifidir.
- 139.7 mm-lik istismar kəmərində qumla tıxaclanmış lift borularının xüsusi tutucu alətlərlə çıxarılması üsulsu //ANT. – 2012. – № 6. – S. 24–29. (həmmüəllif Y. Ə. İbrahimov).
- Güclü udma qabiliyyətinə malik olan quyularda təzyiq altında sementləmə işinin aparılmasının təkmilləşmiş üsulu //ANT. – 2013. – № 1. – S. 29–34. (həmmüəllif Y. Ə. İbrahimov).
- Sulaşmış neft quyularının qərarlaşmış rejimlərdə hidrodinamik tədqiqi //Eco Energetics Scientific –Technical Journal. – 2013. — № 2. (həmmüəlliflər S. D. Mustafayev, R. A. Quliyev)
- İkinci lülənin qazılmasında hidravlik güc fırlanğıcı qurğusunun istifadə perspektivliyi //ANT. – 2013. – № 3. – S. 16–22. (həmmüəllif Y. Ə. İbrahimov).
- Quyuya uçmuş lift borularının çıxarılması üçün təkmilləşdirilmiş tutucu alər //ANT. – 2014. – № 1. – S. 32–36. (həmmüəllif Y. Ə. İbrahimov).
- Neft-mədən kompressor qurğularının flikkersıs spektroskopiya əsasında rejim parametrlırinin tədqiqi //Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri. – 2014. –Cild 6. – No.1. – S. 96–112. (həmmüəllif Ə. N. Bağırov)
- Quyuların təzyiq altında sementləmə üsulu. Azərbaycan Respublikasının Patenti İ 2014 0019, 07.04.2014 il. (həmmüəllif Y. Ə. İbrahimov)
- Korroziyaya uğramış lift borularının quyudan çıxarılması ücün qurğu. Azərbaycan Respublikasının Patenti İ 2014 0020, 07.04.2014 il. (həmmüəllif Y. Ə. İbrahimov)
- Методы интерпретации результатов стационарных гидродинамических исследований обводнившихся нефтяных скважин //SOCAR Proceedings. – 2014. — № 3 . – С.52–57. (соавторы: Мустафаев С.Д., Гулиев Р.А.)
- Qumla tixaclanmiş lift borularinin quyudan çixarilmasi üçün qurğu. Azərbaycan Respublikasının Patenti İ 2014 0077, 04.11.2014. (həmmüəllif Y. Ə. İbrahimov).
- Science, Technology and Higher Education. Materıals of the VI Internatıonal Research and Practıce Conference. Westwood , Canada, November 12th – 13 th 2014.
- Опытно-промышленное внедрение комплексного способа вскрытия продуктивного пласта в осложненных условиях //SOCAR Proceedings. – 2014. — № 4 . – С.29–34. (соавторы: Исмаилов Ф.С., Бабаев Р.Д., Гусейнов Ш.Ш.)
- Boru kəmərinin pərçimlənməsi səbəbləri, onun azad edilməsi üsulları və metodikası //ANT. – 2015. – № 6. – S. 25–34. (həmmüəllif Y. Ə. İbrahimov).
- Скважинный фильтр. Евразийский патент № 024333, 2016. (соавторы: Ф.С.Исмаилов, Б.А.Сулейманов, Ш.П.Кязымов, О.Т.Багиров, А.Ч.Шейдаев, Ш.Ш.Гусейнов)
- Скважинный фильтр. Евразийский патент № 024517, 2016. (соавторы: Ф.С.Исмаилов, Б.А.Сулейманов, Ш.П.Кязымов, Г.Г.Ибадов, Ш.Ш.Гусейнов. Е.К.Толепбергенов, М.И.Курбанбаев)
- Boru kəmərinin pərçimlənməsi səbəbləri, onun azad edilməsi üsulları və metodikası //ANT. – 2017. – № 6. – S. 25–33. (həmmüəllif Y. Ə. İbrahimov).
- İstismar quyularında tutma işlərinin xüsusiyyətləri //ANT. – 2017. – № 7–8. – S. 56–62. (həmmüəllif Y. Ə. İbrahimov).
- İstismar quyularının əsaslı təmirində qəzalı sonluğa uyğunlaşmış tutucu alətlərin tətbiqinin xüsusiyyətləri //ANT. – 2017. – № 10. – S. 24–29. (həmmüəllif Y. Ə. İbrahimov).
- Искендеров Д.А., Ибадов Г.Г., Толепбергенов Е.К. Гравийный скважинный фильтр новой конструкции //SOCAR Proceedings. – 2017. — № 4 . – С.52–56
- Способ ремонта в скважине с дефектным участком и внутренним сужением обсадной колонны и устройство для его осуществления. Евразийский патент № 027301, 2017. (соавторы: Исмайлов Ф.С., Сулейманов Б.А., Мамедов А.А., Давудов Ю.Г., Aзимов Ф.Т., Велиев А.М., Гусейнов Ш.Ш.)
- Способ вскрытия продуктивного пласта. Евразийский патент № 026292, 2017. (соавторы: Исмайлов Ф.С., Сулейманов Б.А., Ибадов Г.Г., Гаджиев Н.М., Гусейнов Ш.Ш.)
- Qəzalı istismar quyularının kəmər başlıqlarının təmirində yeni quruluşlu tutucu alərin tətbiqi //ANT. – 2018. – № 1. – S. 29–34. (həmmüəllif Y. Ə. İbrahimov).
- "Исследование свойств гипсоцементных тампонажных смесей для ликвидации зон поглощений в скважинах и способы доставки их к зоне поглощения" //Нефтепромысловое дело. – 2018. — məqalə baxılmaqdadır. (соавторы Б.А.Агарагимов, Ю.А.Ибрагимов)
- Qum tıxacının maqnitləşmiş sulfanollu su ilə yuyulması //ANT. – 2018. — məqalə baxılmaqdadır. (həmmüəllif Arif Məmməd-zadə)
- Neft və qaz çıxarma işçiləri üçün məlumat kitabı. Bakı: 2014
- Neft və qaz quyularının əsaslı təmiri. Bakı: 2015