Daşuçan (dağ)

DaşuçanŞəki rayonu ərazisində dağ. Baş Qafqaz silsiləsinin zirvəsidir. Hündürlüyü 3192 metr. Oronim daş və uçan (uçmaq felindən) komponentlərindən düzəlib, "daş düşən" mənasındadır. Görünür, dağın adı aşırıma və sürüşmə nəticəsində zirvədən daşların qoparaq yerə düşməsi, aşağıya yuvarlanması ilə bağlıdır.[1]

Daşuçan
Ümumi məlumatlar
Mütləq hündürlüyü 3.192 m
Yerləşməsi
Ölkə
  1. Daşuçan (dağ) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.