Bu məqaləni vikiləşdirmək lazımdır. |
Dabbaqlıq – gön dəri emalı, yəni aşılanması ilə məşğul olan sənət sahəsi. Bəzi mənbələrə görə ibtidai-icma quruluşu dövründən başlamış bir sənətdir.[1]
Keçmişdə dabbaqlar müxtəlif dəri növlərindən yüksək zövq və böyük məharətlə cürbəcür məmulatlar — ayaqqabı, kəmər, dəri gödəkcələr, kitab cildləri və yəhərlər hazırlayırdılar. [2] Hazırda bu sənət təkmilləşdirilib. Müasir dövrdə gön-dəri emalı sahəsi iqtisadiyyatın yüksək gəlir gətirən istiqamətlərindəndir.