Dactylogyrus vastator

Dactylogyrus vastator (lat. Dactylogyrus vastator) — heyvanlar aləminin yastı qurdlar tipinin monogeneylər sinfinin daktilogiruskimilər dəstəsinin daktilogiruslar fəsiləsinin daktilogirus cinsinə aid heyvan növü.

Dactylogyrus vastator
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Ranqsız:
Yarımtip:
Sinifüstü:
Yarımsinif:
Növ:
Dactylogyrus vastator
Beynəlxalq elmi adı
  • Dactylogyrus vastator[1]

Yetkin qurdların uzunluğu 1,5 mm, eni isə 0,31 mm-dir.

Parazit həyat tərzi sürən qurd balığın qəlsəmələrində yaşayır. Parazitin suya tökülən yumurtalarından üzəri kirpiklərlə örtülü sürfə çıxır. Sürfə suda sərbəst üzür və rast gəldiyi balığın qəlsəmələrinə yapışır.

Xəstəliyin ilk vaxtlarında balığın qəlsəmələrindən çoxlu selik axır. Tədricən qəlsəmələrin tamlığı pozulur, qansızma baş verir, qəlsəmələr solğunlaşır, tənəffüs prosesi pozulur. Vaxtında lazımi tədbir görülmədikdə balıqlar, xüsusilə balıq körpələri tələf olur.