Dadlı.az


Dadlı.az
URL www.dadli.az
Tipi Resept
Qeydiyyat bəli
Dilləri Azərbaycan dili
Sahibi Vüsal Məmmədov
Açılma tarixi 10 may, 2014

Dadlı.azAzərbaycan internet məkanının ən reytinqli mətbəx saytı olub, 2015-ci ildə MilliNet[1] qalibi olmuşdur.

Qısa məlumat[redaktə | mənbəni redaktə et]

Dadlı.az saytı Azərbaycan xanımlarının milli və bölgə yeməkləri, habelə dünya mətbəxinin inciləri ilə geniş tanış ola biləcəyi 15 mindən çox yemək reseptinin cəmləndiyi "Dadlı Reseptlər" saytıdır. Saytda məhsullara görə, bölgələrə görə, reseptin neçə nəfərlik olmasına və hazırlanma müddətinə görə həmçinin axşama özəl, bayramlara özəl, ad günlərinə özəl reseptlər üzrə axtarış (filtr) sistemi mövcuddur.

Əsas məqsədi[redaktə | mənbəni redaktə et]

Saytın yaradılma məqsədi Azərbaycanın zəngin mətbəxini tanıtmaq və qısa zamanda müxtəlif dillərdə fəaliyyət göstərməklə dünya internet məkanına milli mətbəximizi layiqincə təmsil etmək.

Əməkdaşlıq[redaktə | mənbəni redaktə et]

Hal-hazırda AzərbaycanTürkiyənin tanınmış aşbazları və foodbloggerləri ilə habelə bir çox qida məhsulları şirkətləri www.Dadlı.az saytı ilə əməkdaşlıq edir.

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • 18 dekabr 2015-ci ildə "Azərbaycan İnternet Forum"unun təşkil etdiyi "Milli Net 2015"[2] müsabiqəsində 1-ci yer;
  • 19 dekabr 2014-cü ildə "Azərbaycan İnternet Forum"unun təşkil etdiyi "Milli Net 2014"[3] müsabiqəsində 3-cü yer.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "DADLI.AZ Milli İnternet mükafatının QALİBİ oldu!". 2017-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-04.
  2. "Mükafatlarımız-"Milli Net" 2015 "Ailə, uşaq və sağlamlıq" nominasiyası üzrə qalib". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-04.
  3. "Mükafatlarımız-"Milli Net" 2014 "Ailə, uşaq və sağlamlıq" nominasiyası üzrə 3-cü yer". 2022-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-04.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]