Daewoo (Deu — "Dae" Hanqıl: 대. Koreya dilində Böyük və "Woo" Hanqıl: 우. Koreya dilində Təsisçi Kim Vu-çunqun adından götürülmüşdür) və ya Daewoo Group — Cənubi Koreyanın ən böyük çebollarından biri. Kompaniya 1967-ci ilin mart ayının 22-də Daewoo Industrial adı ilə yaranmışdır. 1999-cu ildə Cənubi Koreya hakimiyyəti tərəfindən ləğv olunur. Şirkətə daxil olan digər şirkətlər isə fəaliyyətini davam etdirir. Bir çoxları isə General Motorsun tabeliyinə keçir. Daewoo Groupa daxil olan 20-yə yaxın şirkətlərdən bəziləri bu günə kimi fəaliyyətini davam etdirir.
Daewoo | |
---|---|
| |
Ümumi məlumatlar | |
Tipi | səhmdar cəmiyyəti |
Təsis tarixi | 22 Mart 1967 |
Bağlanma tarixi | 15 Aprel 2000 |
Baş qərargahın yeri | |
Struktur | |
İşçi sayı |
|
web.archive.org/web/1999… | |
Vikianbarda əlaqəli mediafayllar |
1992-ci ildə Özbəkistanın UzDaewooAuto şirkəti yaranır. 1982-ci ildən fəaliyyət göstərən Daewoo Motors 2002-ci ildə tam şəkildə GM Daewoo oldu. GM Daewoo 2011-ci ildə adını dəyişərək GM Korea oldu.
Daewoo kompaniyası elektronika, məişət texnikası, avtomobil istehsalı ilə məşğul idi. Daewoo Groupun tərkibində 20-yə yaxın şirkətlər var idi. Daewoo Cənubi Koreyada ikinci ən böyük konqlomerat idi. Daewoo LG və Samsung şirkətlərini keçərək yalnız Hyundaidən geri qalırdı. Daewoo Groupun ən əsas korporasiyaları bunlardır: