DaimlerChrysler, Daimler Benz avtomobil qrupunun 1998-ci ildə Chrysler avtomobil qrupunu 36 milyard ABŞ dollarına satın alaraq yaratdığı avtomobil şirkətidir.
DaimlerChrysler | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | avtomobil sənayesi |
Məhsulları | daxili yanma mühərriki, mühərrikli vasitə |
Təsis tarixi | 1998 |
Baş qərargahın yeri | Ştutqart Almaniya |
Vikianbarda əlaqəli mediafayllar |
Avtomobil sənayesi ilə bağlı Hotbird peyki vasitəsilə dctv loqotipi altında 7 fərqli kanalda 7 fərqli dildə yayım həyata keçirdir. Sözügedən 7 dil arasında türk dili də mövcuddur.
Şirkət, Chrysler şirkətinin davamlı olaraq ziyanla işləməsi nəticəsində 2007-ci ildə qrupun 80.1% -ni ABŞ investisiya şirkəti olan Cerberusa 7.4 milyard dollara satmışdır. Satışdan sonra Daimler qrupu adını Daimler AG olaraq dəyişdirmişdir.