Dairə — müstəvinin çevrə ilə əhatə olunmuş hissəsidir.
Radius mərkəzi ilə onun çevrəsinin hər hansı nöqtəsi ilə birləşdirən parçadır.
Dairənin mərkəzindən keçən düz xətt onu diametri boyunca kəsir.
Dairənin iki radiusu arasında qalan hissəsinə sektor deyilir.
Dairənin qövsü ilə bu qövsün uc nöqtələrini dairənin mərkəzilə birləşdirən radiuslarla əhatə olunan hissəsinə sektor deyilir.
Dairənin qövsü ilə bu qövsə söykənən vətər ilə əhatə olunan hissəsinə seqment deyilir.