Dairəvi bina — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşın yaşayış binadı. Bina bürü SSRİ ərazisində ilk dairəvi bina olmuşdur[1][2]. Binanın yerləşdiyi adresı: Aleksandrovskaya küçəsi, ev 107.
Uzun illər ərzində binanın layihə müəllifi hasısa Boqoblyudov hesab edilirdi. 2000-ci illərdə binaya olan marağın artması ilə əlaqədar binatın layihə müəllifi axtarılmağa başlanılmışdır. Nəticədə bina layihəsinin müəllifi məşhur rodtovlu arxitektor Mixail Nikolsyeviç Kondratev olması müəyyənləşmişdir[3][4]. Sonradan Artur Qeorqeviç Tokarevin apardığı araşdırmalar nəticədində binanın layihəsinin İvan Qeorqieviç Taranova[5] mənsub olması müəyyən edilmişdir. Layihə hələ öz dövründə hazırlandıqdan sonra Sənaye və mülki tikililər jurnalında dərc edilərək müzakirə edilmişdir.
Dairəvi binanın tikintisinə Taqanroqda 1929-cu ildə başlanıılmışdır. 1932-ci ildə isə tikinti işləri başa çatmışdır. Bu üç mərtəbəli 36 mənzilli bina SSRİ ərazisində inşa edilmiş ilk dairəvi bina olmuşdur. Çıxış şimal istiqamətə yönəldilmişdir. Bina SSRİ üçün bir rəmz olaraq layihələndirilmiş və inşa edilmişdir. Onlar az material və yüksək möhkəmlik dəhəfini qoyaraq binanı inşa etmişlər. Bina kərpiçdən inşa edilmişdir.
İkinci və üçüncü mərtəbənin mənzilərinin qapıları ümumi eyvaya açılır. Mənzillər qaranlıq və dairvi formaya malikdir.
Binaya sakinlər 7 noyabr1932-ci ildə[6] köçürülmüşdür. Ümumi tualet binadan 20 metr aralıda yerləşirdi. 1960-cı illərdə binaya kanalizasiya sistemi quraşdırılmışdır.
Belə qeyd edirlər ki, buna bənzər ikinci bina Odessada inşa edilmişdur. Ancaq rəsmi məlumatlar bunu təsdiq etmir[7][8]. Ümumilikdə SSRİ ərazisində bu tip 4 bina inşa edilmişdir.
Belə bir əfsanə gəzir ki, bina bina rus s hərfi formasında inşa edilməli idi. Üstəlik üç C hərifinə bənzər binanın inşası belə planlaşdırılmalı idi[10].
Dairəvi binanın təməli Müqəddəs Arxangel Mikayıl kilsəsinin üzərində qurulmuşdur. Bu kilsə sovet dönəmində dağıdılmışdır.
2011-ci ildə Mixail Aleksandroviç Şirvindtin Rusiyanın birinci kanalında yayımlanan «Bilmək istəyirəm» verlişində bina haqqında məlumst verilmişdir[11]. Veriliş 15 avqust 2011-ci ildə yayımlanmışdır.
↑Ребайн Я. А. Первый этап развития советской архитектуры в городах Дона / Проблемы формирования архитектуры Северного Кавказа. — Ростов-на-Дону: РИСИ, 1984.
↑Токарев, Артур Георгиевич Архитектура Юга России эпохи авангарда. — Ростов-на-Дону: Акад. ахит. и искусств ЮФУ, 2016. — С. 32-37. — ISBN 978-5-91575-059-2.
↑Стерх А. Круглый дом. Правда и вымысел // Город. — 1998. — 10 февр.
↑Пилявский В.А. Здания, сооружения, памятники Одессы и их зодчие. — 2-е изд. — Одесса: Optimum, 2010. — 276 с. — ISBN 978-966-344-377-5.
↑Пилявский В.А. Архитектура Одессы: стиль и время. Архитектурно-историческое эссе. — 2-е изд. — Одесса: Optimum, 2010. — 137 с. — ISBN 978-966-344-383-6.