"Dalğa" qrupu — Cənubi Azərbaycanın Təbriz şəhərində fəaliyyət göstərən musiqi qrupu. Repertuarlarında Azərbaycan xalq və aşıq mahnıları xüsusi yer tutur. Qurucusu və rəhbəri aşıq Çingiz Mehdipurdur.
"Dalğa" | |
---|---|
fars. موج | |
Əsas məlumatlar | |
Üslub | Aşıq musiqisi |
Fəaliyyət illəri | 1990- |
Ölkə | Şərqi Azərbaycan ostanı, İran |
Şəhər | Təbriz |
Dil | Azərbaycanca, türkcə, farsca |
1990-cı ildə, Təbriz şəhərində aşıq Çingiz Mehdipur tərəfindən təsis edilib.[1] Dünyanın 30-dan artıq ölkəsində Azərbaycan aşıq sənətinin təbliği yönümlü geniş konsert proqramı ilə çıxış edib.[2] Dəfələrlə Bakıda geniş konsertləri olub.[3][4] Bakıdakı ən son konserti "Qarabağ dərdi" adı ilə Qarabağa həsr olunub.[5][6]