Dalğaqanad sovka

Dalğaqanad sovka (lat. Glaphyra lacernaria) — pulcuqqanadlılar dəstəsinin sovkalar fəsiləsinə aid kəpənək növü.

Dalğaqanad sovka
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Dalğaqanad sovka
Beynəlxalq elmi adı
  • Cyrebia lacernaria

Təsviri[redaktə | mənbəni redaktə et]

Qanadları açılmış halda 20–22 mm-dir. Ön qanadları xeyli enlidir, onların forması sovkalar üçün səciyyəvi deyil. Qanadların yuxarı kənarı açıq-bozdur, cərgə ilə düzülmüş gümüşü rəngdə tutqun nöqtələr vardır. Qanadların rəngi dalğalı xaranı xatırladır. Qəhvəyi-qonur fon üzərində açıq rəngli, eninə istiqamətdə 5 əyri və nazik sarğı gedir. Arxa qanadlar da dalğalı cizgilidir.[1]

Yayılması[redaktə | mənbəni redaktə et]

Avropanın cənubi-qərbi, Türkiyə, Kiçik Asiya, Fələstin, Yunanıstan, İspaniya ərazisində yayılırlar. Azərbaycanda isə yalnız Naxçıvan MR-da və Talışın dağ-səhra ərazisində təsadüf edilir.[2]

Həyat tərzi[redaktə | mənbəni redaktə et]

Dağətəyi və dağlıq ərazilərin kserofit biotoplarında yaşayır. Biologiyası ətraflı öyrənilməmişdir. Kəpənəyi mayda, iyunda və sentyabrda uçur. Tırtılı iyulda bozaqgül bitkisi üzərində yaşayır.

Sayı[redaktə | mənbəni redaktə et]

Azsaylıdır, cəmi 3 kəpənəyi tutulmuşdur.[3]

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Yaşadığı biotopların əkin üçün istifadə olunması, həvəskar kolleksiyaçılar tərəfindən toplanması.

Qorunması üçün məsləhət görülən tədbirlər[redaktə | mənbəni redaktə et]

Yaşayış yerlərində yasaqlıq təşkil etmək, biologiyasını ətraflı öyrənmək, süni surətdə artıraraq təbiətə buraxmaq lazımdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan SSR-in Qırmızı kitabı. Bakı: 1989.
  2. Azərbaycanın Qırmızı Kitabı, II Cild, Bakı, 2013
  3. Алиев С.В. Совки (Lepidoptera, Noctuidae) Азербайджана. Баку: Элм, 1984, 209 с.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan SSR-in Qırmızı kitabı. Bakı: 1989.
  2. Azərbaycanın Qırmızı Kitabı, II Cild, Bakı, 2013
  3. Алиев С.В. Совки (Lepidoptera, Noctuidae) Азербайджана. Баку: Элм, 1984, 209 с.