Dalmasiya tipli sahillər

Dalmasiya tipli sahillər[redaktə | mənbəni redaktə et]

Dalmasiya tipli sahillər- buxtalı sahil tiplərinin bir növüdür. Sahilə paralel uzanmış dağ silsilələrinin, yüksəkliklərin yerləşdiyi cavan qırışıqlıq sahəsinin çökməsi və ərazini dəniz suları basması nəticəsində yaranan sahillər. Dəniz suları dağlıq relyefin çökək sahələrini tutaraq, onları boğazlara, körfəz və buxtalara, yüksəklikləri ada və yarımadalara çevrilir. Dalmasiya tipli sahillərdə sahilin bütün elementləri sahilin ümumi istiqamətinə paralel yerləşirlər. Dalmasiya tipli sahillər alp qırışıqlığı vilayətləri üçün səciyyəvi olub, Adriatik dənizinin Dalmasiya sahillərində qabarıq nəzərə çarpır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ş.G.Həsənov, Q.Ş.Məmmədov, S.B.Məmmədov, Y.Q.Əliyev. İzahlı Ensiklopedik Coğrafiya Terminləri Lüğəti « Təhsil» Bakı- 2005.