Dalmatəpə

Dalmatəpə (İran)
Dalmatəpə

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Həsənlidən 5 km cənubda yerləşən Dalmatəpənin IV-V tikinti təbəqələrində yaşayış binalarının qalıqlarına rastlanmışdır [1]. Dalmatəpənin yaşayış evləri həyətlərin ətrafında yerləşdirilən düzbucaqlı otaqlardan ibarət olmuşdur. Həyətlərdə ocaq, anbar və qab-qacaq olurdu. Binaların divarları gips, yaxud gillə suvanırdı. Tədqiqat zamanı çaxmaqdaşı və obsidiandan hazırlanmış əmək alətləri, iy başlıqları və keramika məmulatı aşkar edilmişdir. Evlərin döşəməsinin altında 14 qəbir aşkar olunmuşdur.

Keramika[redaktə | mənbəni redaktə et]

Dalmatəpə yaşayış yerində özünəməxsus boyalı keramika ilə fərqlənən yeni mədəniyyət aşkar olunmuşdur. Bu mədəniyyətin meydana çıxması indiydək aydınlaşdırılmamışdır. Dalmatəpənin keramikası iki qrupa bölünür. Birinci qrupa arxitektura qalıqları ilə birlikdə aşkar olunan boyalı keramika aiddir. Qabların bütün səthini örtən naxışlar sınıq xətlərdən, bir-biri içərisinə çəkilmiş kvadratlardan, üçbucaq və torlu naxışlardan ibarətdir. Naxışların üzəri qara-bənövşəyi rənglə örtülmüşdür. Dalmatəpənin qonşuluğunda, Мərkəzi Zaqrosun cənubunda və Мərkəzi İranda da bənzər boyalı keramikaya rastlanmışdır. Bəzi bənzər nümunələrə Yarımtəpə (II-VII təbəqələr) və Yanıqtəpədə rast gəlinmişdir.

Dalmatəpənin ikinci qrup keramikası basma və kəsmə naxışlı qablardan ibarətdir. Bu tip keramikaya Cənubi Azərbaycan, İranÖn Asiyada aşkar olunmuşdur. C.Мellart bu keramikanı Xassuna və Balkan yarımadasının, R.Dayson isə YunanıstanQara dənizin cənub rayonlarının keramikası ilə müqayisə etmişdir. R.М.Мunçayev Dalmatəpə keramikasının Azərbaycanın eneolit keramikası ilə bənzər olduğunu qeyd etmişdir. Lakin Dalmatəpənin ən yaxın bənzərləri İlanlıtəpədən məlumdur. Bu, Dalmatəpə keramikasının yerli inkişafın məhsulu olduğunu göstərir. Azərbaycanın eneolit abidələrinin bir qrupunda yayılan bu mədəniyyət Dalmatəpə mədəniyyəti də adlandırılır.[2] [3] [4] [5] [6]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Dalmatəpə[1] Arxivləşdirilib 2022-05-17 at the Wayback Machine
  2. Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild. Bakı: Elm, 2007.[2] Arxivləşdirilib 2020-01-11 at the Wayback Machine
  3. R. W. Solecki and R. S. Solecki, Tepe Seavan - A Dalma Period Site in the Margavar Valley, Azerbaijan, Bulletin of the Asia Institute 3, 1973, pp. 98-117.
  4. T. C. Young, Jr. and L. D. Levine, Excavations of the Godin Project. Second Progress Report, Royal Ontario Museum Occasional Papers 26, Toronto, 1974.
  5. M. M. Voigt and R. H. Dyson, Jr., “The Chronology of Iran, ca. 8000-2000 B.C.,” in R. W. Ehrich, ed., Chronologies in Old World Archaeology, 3rd ed., I, Chicago, 1992, pp. 122-78.
  6. T. C. Young, Jr., Survey in Western Iran, 1961, JNES 25, 1966, pp. 228-39.