Dalmatsiya krallığı bayrağı

Dalmatsiya bayrağı iki bərabər hissəyə bölünən düzbucaqlı parçadan ibarətdir, üstü mavi və alt hissəsi sarıdır. Xorvatiya bayrağı kimi Avstriya İmperiyası dövründən bəri tanınır. Dalmatsiya gerbi mavi qalxandan ibarətdir ki, onun üstündə anfas şəklində təsvir olunmuş başlarında qızıl tac olan 3 aslan təsvir olunub. Gerb bayraqda heç vaxt istifadə olunmayıb. Ola bilsin ki, gerb bəzən qeyri-rəsmi bayraqlarda istifadə olunurdu. 1918-ci ildən sonra vahid inzibati bölgə olaraq Dalmatsiya artıq mövcud deyildi və bu səbəbdən də bayrağın istifadəsi dayandırıldı. Müasir Xorvatiya əyalətləri mavi və sarı rənglərini istifadə etsə də, onların heç birinin Dalmatsiyanın tam tarixi gerbi və bayrağını “tələb etmək” hüququ yoxdur. Digər tərəfdən, gerb Xorvatiya gerbi və bayrağına daxildir.

Dalmatiya bayrağı
Təfərrüatlar
<
Proporsiya 2:3

Bununla birlikdə, əsasən xatirə əlaməti olaraq, Dalmatsiya bayrağı və gerbi bəzən Dalmatsiyaya iddia edən bir-iki italyan dairələri və II Dünya Müharibəsindən sonra Dalmatsiyadan köç edənlər tərəfindən istifadə edilirdi.

Oxşar bayraqlar

[redaktə | mənbəni redaktə et]

Dalmatsiya bayrağı aşağıda ona bənzər bayraqlarla qarışdırılmamalıdır, çünki onların aralarında heç bir əlaqələri yoxdur.